“Mehdiyevçilikdən” “antimehdiyevçiliyə” keçidin Əli İnsanov düsturu...
Vanqanın dəhşətli proqnozları
Əli Nağıyev Gürcüstana səfər edib
Bu ölkə Rusiya ilə neft alışını dayandırdı
Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var


13.01.2023  15:24 

“Vardanyan Rusiyanın təsirindən çıxa bilmir“





A+  A-

Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağda Rusiyanın göndərdiyi R. Vardanyanı müdafiə etməməsi və onu prosesləri qızışdırmaqda iddiham etməsi Kremlin canişinini qəbul etmədiyini göstərir. Ermənistan parlamentinin spikeri də Laçın dəhlizində baş verənlərlə bağlı qeyd edib ki, ölkəsi bu məsələyə qarışa bilməz.

Bu sözləri XəzərNews.az-a MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

M.Əsədullazdə bildirib ki, Ermənistan Baş naziri belə bir mövqeyi ortaya qoyursa, prinsipcə Azərbaycanla sülh müqaviləsinin bağlanmasına getməlidir:

"Amma, Baş nazir Nikol Paşinyan yekun sülh müqaviləsində Qarabağ məsələsini dolayı yolla sənədə salmağa çalışır. Təbii ki, Azərbaycan buna gedə bilməz və bu məsələ Azərbaycan üçün bitib. Ermənistan müxalifəti "Madrid prinsiplərini" və digər məsələləri qabardır. Qeyd edim ki, "Madrid prinsipləri" və müharibədən əvvəl Minsk qrupunun irəli sürdüyü təkliflər tarixdə qaldı. Çünki, "Madrid prinsiplərində" Qarabağın statusu yalnız danışıqlar yolu ilə münaqişə həll ediləcəksə onda baxıla bilərdi. Sonradan bu referendum məsələsidə hüquqi müstəviyə görə danışıqlar prosesindən çıxarılmışdi.
Ermənistan tərəfi və Rusiya yenidən bu məsələyə qayıtmaq üçün bəyanatlar verir. Bu mümkün deyil. Azərbaycan münaqişəni həll edib və müharibə yolu ilə həll ediləndən sonra əvvəlki təkliflərin üzərindən xətt çəkilir".

Politoloq əlavə edib ki, Rusiya tərəfindən Qarabağa göndərilən R.Vardanyanın Xankəndində qalması hər gün ermənilərin əleyhinə işləyir:

"Özü də bunun fərqindədir və Rusiyanın təsirindən çıxa bilmir. Qarabağa müəyyən bir missiya ilə göndərilən R.Vardanyan nə Ermənistan tərəfindən, nə də Qarabağda erməni icması tərəfindən qəbul edilir. Azərbaycanda "Laçın" dəhlizini humanitar məsələlər istisna olmaqla bağlamaqla R. Vardanyanin əli ilə Rusiyanın planın qarşısını alıb. Qarabağda erməni icmasına status tələb edilməsi və geri addım atilmaması yaxın perspektivdə onlar üçün ciddi mənfi fəsadları olacaq. Prezident İlham Əliyev bu istiqamətdə siyasəti regionda sülhün əldə edilməsinə və sabitliyin bərqərarına əsaslanır".

Yusif Əli
XəzərNews.az


Xəbər 2601 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +