“Mehdiyevçilikdən” “antimehdiyevçiliyə” keçidin Əli İnsanov düsturu...
Vanqanın dəhşətli proqnozları
Əli Nağıyev Gürcüstana səfər edib
Bu ölkə Rusiya ilə neft alışını dayandırdı
Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var


12.04.2019  18:43 

“Əlaqələrimiz yaxşı dinamikaya malikdir” - İlham Əliyev





A+  A-

“Biz çox şadıq ki, yubileyinizdən az sonra Siz bizim ölkəmizi ziyarət edirsiniz. Biz bu səfərə çox böyük əhəmiyyət veririk. Əminəm ki, bu, ölkələrimiz arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə təkan verəcək”.
XəzərNews.az xəbər verir ki, bu sözləri prezident İlham Əliyev Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenko ilə görüşündə deyib.

Dövlət başçısı qeyd edib:

"Hörmətli Valentina İvanovna, hörmətli qonaqlar. Azərbaycana xoş gəlmisiniz. Sizin səfərinizə çox şadam. Siz Azərbaycana belə geniştərkibli nümayəndə heyəti ilə gəlmisiniz. İlk növbədə, Sizi bu yaxınlarda qeyd edilən yubileyiniz münasibətilə şəxsən təbrik etmək istərdim. Mən Sizə təbrik məktubu göndərmişdim və bir daha şəxsən təbrik etmək, ən xoş arzularımı bildirmək və işinizdə uğurlar arzulamaq istərdim. Əlbəttə, biz çox şadıq ki, yubileydən az sonra Siz bizim ölkəmizi ziyarət edirsiniz. Biz bu səfərə çox böyük əhəmiyyət veririk. Əminəm ki, bu, ölkələrimiz arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə təkan verəcək. Əlaqələr çoxplanlıdır, həyatın demək olar ki, bütün sahələrini əhatə edir və yaxşı dinamikaya malikdir. Biz siyasi sahədə fəal qarşılıqlı fəaliyyət göstəririk, iqtisadi potensialı artırırıq, uğurla həyata keçirilən iqtisadi, nəqliyyat, energetika sahələrində əməkdaşlıq üzrə bir neçə yol xəritəsi mövcuddur. Təsadüfi deyil ki, hər iki tərəf ölkələrimiz arasında münasibətləri strateji tərəfdaşlıq münasibətləri kimi dəyərləndirir".

İkitərəfli münasibətlərin inkişafında humanitar sahənin xüsusi əhəmiyyət kəsb etdiyini bildirən İ.Əliyev bu işdə Bakı Humanitar Forumunun rolunu qeyd edib, təhsil, mədəniyyət, elm sahələrində sıx əlaqələrin mövcud olmasından məmnunluğunu bildirib.

Dövlət başçısı Şimal-Cənub dəhlizi ilə bağlı birgə fəaliyyətin də iqtisadi əməkdaşlığın genişləndirilməsində mühüm rol oynadığını deyib. İlham Əliyev, eyni zamanda, parlamentlərarası əməkdaşlığın əlaqələrimizin inkişafına töhfə verdiyini vurğulayıb. Dövlət başçısı ikitərəfli münasibətlərimizin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirib.

Xəbər 3224 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +