“Mehdiyevçilikdən” “antimehdiyevçiliyə” keçidin Əli İnsanov düsturu...
Vanqanın dəhşətli proqnozları
Əli Nağıyev Gürcüstana səfər edib
Bu ölkə Rusiya ilə neft alışını dayandırdı
Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var


03.10.2018  12:43 

Bahar Muradova hesabat verdi





A+  A-

Bu gün Milli Məclisin İnsan Hüquqları Komitəsinin iclası keçirilib.
XəzərNews.az xəbər verir ki, komitə sədri Bahar Muradova 2018- ci il yaz və növbədənkənar sessiyaları ərzində görülən işlər barədə hesabat verib.

Onun sözlərinə görə, ötən dövr ərzində komitənin 6 iclası keçirilib. Həmin iclaslarda 10 məsələ müzakirə olunub. O cümlədən, 8 qanun layihəsi, Ombudsmanın illik məruzəsi, İnsan Alverinə qarşı mübarizə üzrə milli koordinatorun məlumatı müzakirə edilib.

Bundan əlavə, vətəndaşlardan komitəyə 552 sənəd daxil olub,99 vətəndaş qəbulda iştirak edib. 506 məktub əlaqədar təşkilatlara göndərilib. Ümumilikdə 87 məktuba cavab alınıb və müsbət həllini tapıb. Hüquq- mühafizə orqanları, əmək münasibətləri, sosial müdafiə məsələləri, özəlləşdirmə və.s məsələlərlə bağlı komitəyə müraciətlər daxil olub.

***

Müzakirələrdə çıxış edən deputat Hikmət Babaoğlu qeyd edib ki, daxil olan şikayətlərin əksəriyyəti hüquq-mühafizə orqanları ilə bağlıdır: “Biz ona görə də hüquq-mühafizə orqanları ilə işlərimizi gücləndirməliyik. Həm də vətəndaşların hüquqi maarifləndirilməsinə ehtiyac var”.

Deputat Yevda Abramov bildirib ki, bəzən juralistlər hesab edir ki, biz ayda bir dəfə toplaşırıq və iş görmürük: “Amma belə deyil. Biz bəzən gördüyümüz işi büruzə verə bilmərik. Yerlərdən bizə təkliflər gəlir. O təklifləri dəyərləndirməliyik. İşləmək lazımdır. Mən həyatda öz işimdən heç vaxt razı qalmamışam. Biz onun üçünük ki, xalqın dərdinə yanaq, onun problemlərini yüngülləşdirək”.

Xəbər 3303 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +