Gərginliyin səbəbi: Dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...
Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?
Beş kollecin direktoru işdən çıxarıldı
Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Binəqədidə dəhşətli qətl - Təfərrüat
Ərdoğan Azərbyacan-Rusiya gərginliyindən danışdı
Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı


19.03.2018  13:05 

Əli Həsənovdan jurnalistlərə ÇAĞIRIŞ: “Bu cizgi nəzərə alınmalıdır”





A+  A-

“Hər bir namizəd seçicilərə fikir və mülahizələrini KİV vasitəsi ilə kütləvi şəkildə çatdırmalıdır. MSK namizədlərin istəyini nəzərə alaraq, televiziyada namizədlərin debatlarının müddətini 21.00-23.00 arasında müəyyənləşdirəcək. Əvvəllər debatlar saat 19.00-da təşkil olunurdu, əhalinin müəyyən hissəsi bu debatlara baxa bilmirdi".
XəzərNews.az-ın məlumatına görə, bunu prezident seçkilərində kütləvi informasiya vasitələrinin rol və vəzifələrinə həsr edilən seminar-müşavirədə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Prezidentin köməkçisi bildirib ki, KİV-in rolu seçkidə iştirak edən namizədin rolu qədərdir. Jurnalistlər bu prosesi peşəkarlıqla, Seçki Məcəlləsinin tələblərinə uyğun həyata keçirməlidirlər:

“Jurnalistlərin fəaliyyəti ilə seçkinin imici formalaşacaq. Burada məsuliyyət də önəmlidir. Jurnalist həm də Azərbaycan vətəndaşlarıdır. Seçki Məcəlləsinin tələblərini mütləq nəzərə alınmalıdır, belə olmazsa, seçkinin imicinə xələl gələr. Ölkə başçısı da prezidentliyə namizəddir. Onun cari fəaliyyəti ilə, seçki təbliğatını düzgün dəyərləndirmək lazımdır. Bu cizgi nəzərə alınmalıdır”.

Əli Həsənov qeyd edib ki, namizədlərdən biri prezidentdir.

"KİV-də ölkə prezidentinin cari fəaliyyətinin işıqlandırılması ilə prezidentin təbliği arasında cizgi pozulmamalıdır. Mən KİV-in bu məsələnin öhdəsindən peşəkarlıqla gələcəyinə inanıram. Digər tərəfdən, pullu efir vaxtı ilə bağlı Seçki Məcəlləsinin tələbləri pozulmamalıdır. Bir namizəd üçün müəyyən edilən qiymət, ayrılan vaxt digər namizəd üçün də eyni olmalıdır".

Xəbər 2843 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib


BÜTÜN XƏBƏRLƏR +