“Şəki” restoranına milyonluq kompensasiya
"Bandotdel” əməliyyat keçirdi: Saxlanılanlar var
Bakıda yeniyetmə qız itkin düşüb
Əliyevin Orbanla görüşü olub... - Məhdud tərkibdə
Tramp qudasını Fransaya səfir təyin edib
Macarıstan Beynəlxalq Cinayət Məhkəməsindən çıxır
Rusiyaya qarşı 17-ci sanksiyalar paketi təsdiqləndi
TƏBİB rəhbəri narazı stamotoloqları qəbul edəcək
Beş nəfər xəsarət alıb, 3-nün vəziyyəti ağırdır... - Partlayış
İlham Əliyev Macarıstana işgüzar səfərə gedib


20.12.2020  15:19 

Beşqat dünya çempionu dopinqə görə cəzalandı





A+  A-

Rusiyanın tanınmış qadın ağırlıqqaldıranı Tatyana Kaşirina yarışlardan müvəqqəti kənarlaşdırılıb.
XəzərNews.az TASS-a istinadən xəbər verir ki, 29 yaşlı idmançı antidopinq qaydalarını pozmaqda şübhəli bilinir. Əsas kimi 5 qat dünya çempionundan 2012 - 2015-ci illərdə götürülmüş dopinq-testin Moskva Antidopinq Laboratoriyasındakı yoxlama nəticələri göstərilib.

Qeyd edək ki, Tatyana Kaşirina 2006-cı ildə eyni səbəbdən iki il müddətinə diskvalifikasiya olunub. O, 2009 - 2019-cu illərdə dünya çempionatlarında 5 qızıl, 2 gümüş, Avropa çempionatlarında 8 qızıl, 2012-ci il London Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb. 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında isə Rusiya ağırlıqqaldıranlarına qoyulmuş qadağa üzündən Kaşirina kənarda qalıb.

Xəbər 1915 dəfə oxunub.




20.05.2025  13:12 

Sabahdan istilər başlayır

20.05.2025  11:38 

Sibiqa Brüsselə gedir

19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO


BÜTÜN XƏBƏRLƏR +