Zakir Qaralovun şirkətlərinin vergi borcu artır
Rusiya ordusu daha 3 kəndi işğal edib
Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb -VİDEO
Sərnişinlərə şad XƏBƏR: Bu tarixdən...
Suriya Prezidentinə qarşı sui-qəsd cəhdi
Hərbi salam verib, əlini sıxdı –VİDEO
“İmişlidə faciə: Həkimlərə təhvil verdik, evə çatanda xəbəri gəldi ki ölüb ”
Bakıda ağır qəza: Sürücü öldü -VİDEO
Rəsul Quliyev Bakıya gəlir - Özü açıqladı
Romada azərbaycanlı qadın itkin düşüb


13.10.2025  10:22 

Razim Abbasovun villasında əməliyyat keçirildi





A+  A-

Rusiyanın Krasnoyarsk diyarında xüsusi təyinatlı polis qüvvələri (SOBR) 65 yaşlı iş adamı və keçmiş deputat Razim Abbasovun villasında əməliyyat keçirib. Əməliyyat 10 oktyabrda baş tutub.

XəzərNews.az modern.az-a istinadla xəbər verir ki, Rusiya mediasının məlumatına görə, “Monolit Holding” tikinti şirkətinin sabiq rəhbəri olan Abbasovun yaşadığı villanın qapısı mişarla sındırılıb.

Axtarış zamanı BMW və "Jaguar" markalı avtomobillər, müxtəlif valyutalarda pul dəstələri, bahalı “Burberry” saatları və vergi yayınmasından bəhs edən kitab aşkar edilib.

İstintaq versiyasına əsasən, Abbasov illərlə müxtəlif təşkilatlarla saxta əməkdaşlıq müqavilələri imzalayaraq dövlətə ödənilməli vergiləri azaldıb. Bu yolla o, təxminən 250 milyon rubl (təxminən 2,6 milyon manat) məbləğində vergidən yayınmaqda ittiham olunur.

Bundan əlavə, saxta sənədlər vasitəsilə 10 milyon rubl həcmində maliyyə transferləri də həyata keçirildiyi bildirilir. Saxlanılma anında əməkdaşlardan biri Abbasova belə deyib:

“Sizə bildirirəm ki, siz Rusiya Cinayət Məcəlləsinin 187-ci maddəsinin 2-ci bəndi ilə 10 milyon rubl məbləğində saxta maliyyə əməliyyatları hazırlamaq və istifadə etməkdə şübhəli bilinirsiniz.”

Razim Abbasov Dağıstanda anadan olub və 2000-ci illərin əvvəllərindən etibarən Krasnoyarskda iri tikinti layihələrinə rəhbərlik edib. Onun “Monolit Holding” şirkəti bölgədə bir sıra iri obyektlər, perinatal və onkoloji mərkəzlər, “Planeta” ticarət mərkəzi və “Lazurnıy”, “İnnokentyevskiy”, “Preobrajenskiy” yaşayış komplekslərini inşa edib.

2008-ci ildə Abasov Krasnoyarsk şəhər Dumasına deputat seçilib və iki çağırış bu vəzifədə çalışıb.

Rusiya İstintaq Komitəsinin regional nümayəndəsi Yuliya Arbuzovanın sözlərinə görə, Abbasov və onun tərəfdaşı olan kommersiya şirkətinin rəhbəri vergidən yayınma və saxta maliyyə sənədləri hazırlama maddələri üzrə istintaqa cəlb ediliblər.

Məhkəmə Abbasov barəsində həbs qətimkan tədbiri seçməyib. O, ev dustaqlığına buraxılıb və şahidlər, istintaqa cəlb edilən şəxslərlə əlaqə saxlamaq, həmçinin bölgəni tərk etmək qadağan olunub.

“Monolit Holding” şirkətindən isə hadisə ilə bağlı şərh verməkdən imtina edilib. Yalnız “şirkətin fəaliyyətinin əvvəlki rejimdə davam etdiyi” bildirilib.



Xəbər 4889 dəfə oxunub.



07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto

07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi


BÜTÜN XƏBƏRLƏR +