DSX qəza ilə bağlı paylaşım edib
Türkiyə təyyarəsi qəzaya uğradı
Bakıda yaşayış binasında yanğın baş verib
Pakistanda güclü partlayış: Ölənlər var
Lamin Yamal millidən uzaqlaşdırıldı
Şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu
Sərxoş sürücü saxlanıldı
Trampdan Əhməd əl-Şaraaya 55 dollarlıq hədiyyə
Rusiya Odessanı vurdu
Rəşad Dağlı həbsdən azad olunub?


08.08.2025  11:20 

ABŞ dövlət katibindən Bakı və İrəvanla bağlı vacib AÇIQLAMA





A+  A-

Avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin əsasını təşkil edəcək razılaşmanın imzalanması gözlənilir.

XəzərNews.az xəbər verir ki , bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio jurnalistlərin suallarını cavablandırarkən bildirib.

O bəyan edib ki, ABŞ prezidenti sülhə sadiqdir.

"Biz Hindistan və Pakistan arasında müharibə baş verdikdə birbaşa müdaxilə etdik və prezident (Donald Tramp) bu istiqamətdə sülhün əldə olunmasına nail oldu. Daha yaxın zamanlarda Kamboca və Tailand, eləcə də Azərbaycan və Ermənistan arasında proseslərdə irəliləyiş var", - deyə dövlət katibi bildirib.

"Azərbaycan və Ermənistan məsələsinə gəldikdə, (bu gün) sülh müqaviləsinin başlanğıcını qoyacaq razılaşmanı imzalamaq üçün burada olacağıq", - deyə o əlavə edib.

Marko Rubio, həmçinin Afrika qitəsində uzunmüddətli münaqişələrin həlli istiqamətində də irəliləyişlər əldə olunduğunu qeyd edib:

"Konqo Demokratik Respublikası və Ruanda arasında 30 ildir davam edən, yeddi milyon insanın həyatına son qoyan müharibəyə də müdaxilə etdik. Tərəfləri buraya gətirdik və sülh sazişi imzalandı".

Rubio vurğulayıb ki, əldə olunan sülh sazişlərinin qorunması və davamlılığı üçün mütəmadi iş aparılmalıdır:

"Sülh daimi olmur, onu qorumaq və möhkəmləndirmək üçün daim çalışmaq lazımdır".

Xəbər 1158 dəfə oxunub.




11.11.2025  13:50 

Sərxoş sürücü saxlanıldı

11.11.2025  11:32 

Rusiya Odessanı vurdu

11.11.2025  10:55 

Rusiyada neft zavodu vuruldu


BÜTÜN XƏBƏRLƏR +