Sabiq nazir həbs olundu
Ramiz Mehdiyevin “qara kassası“ üzə çıxdı - Ağır ittihamlar -FOTO
Müharibə hələ bitməyib, düşmən evimizi dağıtmağa gəlib -Nikzad
Sahibə Qafarova Misirə səfər edib -FOTO
Rövşən İsgəndərov azadlığa buraxılıb
TikTok“da vətəndaşların pulunu ələ keçirən saxlanılıb
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı
Direktor barəsində şikayəti qızı verib... - 100 minlik...
Vüqar Məmmədov həbs edilib
Məqsədimiz sülhü qazanmaq idi...- Hikmət Hacıyev


01.09.2020  13:09 

Valideynləri narahat edən bu suallar cavablandırılacaq





A+  A-

Yaxın günlərdə Səhiyyə və Təhsil Nazirlikləri tərəfindən məktəb və təhsil ocaqları üçün sanitar-epidimioloji tələblərə və əlavə təhlükəsizlik qaydalarına uyğun əsas iş prinsipləri müyyən edilərək ictimaiyyətə açıqlanacaq.
XəzərNews.az xəbər verir ki, bu barədə ötən gün ÜST-nin Avropa üzrə Regional Ofisi tərəfindən COVID-19 pandemiyası dövründə məktəblərdə təhlükəsiz və effektiv təhsil-tədris prosesinin təşkilinə həsr olunmuş onlayn müzakirələrdə Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Sabinə Babazadə bildirib.

O, qeyd edib ki, bütün təhsil işçiləri, valideynlər və məktəbliləri narahat edən aşağıdakı aktual suallar cavablandırılacaq:

• Uşaqların COVID-19-dan qorunmasına dair hansı tədbirlər nəzərdə tutulub?

• Qripdən məcburi surətdə peyvənd olacaq?

• Məktəblərdə zənglər və tənəffüs vaxtları nəcə tənzimlənəcək?

• Məktəblərdə yeməkxana, tibbi kabinet və soyunub-geyinmə otaqlarının fəaliyyəti necə qurulacaq?

• Fiziki tərbiyə dərslərinin təşkili necə həyata keçiriləcək?

• Günuzadılmış qrupların fəaliyyəti nəcə qurulacaq?

• Məktəb dərnəkləri və seksiyaların fəaliyyəti necə təşkil olunacaq?

• Valideyn iclasları necə keçiriləcək?

• İndividual gigiyena vasitələrindən istifadə təşkil olunacaq?

• Məktəblinin COVID-19 virusuna yoluxması təqdirdə nə tədbirlər görüləcək?

• Sinif və ya məktəbin bağlanması hansı hallarda tətbiq ediləcək?

• Müəllimlər COVID-19 testindən keçiriləcək?

Sabinə Babazadə qeyd edib ki, pandemiya dövründə məktəblərdə effektiv təhsil-tədrisin dəstəklənməsi uşaqların sağlamlığı və rifahı üçün çox vacib və əhəmiyyətlidir. Lakin eyni zamanda, müvafiq tədbirlər barədə qərarların dərhal verilməsi və həyata keçirilməsi təhsil və səhiyyə sistemləri üçün böyük bir məsuliyyətdir. Hazırda bir sıra ölkə qarşısında koronavirusun məktəblilər arasında geniş yayılmamasının qarşısını almaqla yanaşı təhsil-tədris prosesində təhlükəsiz, səmərəli və effektiv məktəb mühitinin yaradılma məqsədi qoyulub.

Qeyd edək ki, İtaliyanın Səhiyyə Naziri Roberto Sperenzanın təşəbbüsü ilə həyata keçirilən onlayn müzakirələrdə ÜST-nin Avropa bölgəsindəki ölkələrin Səhiyyə nazirləri və nazirliklərin nümayəndələri iştirak ediblər.

Xəbər 3386 dəfə oxunub.




01.11.2025  18:58 

Sabiq nazir həbs olundu

31.10.2025  19:00 

Vüqar Məmmədov həbs edilib

31.10.2025  17:20 

Muazzez Abacı infarkt keçirdi

31.10.2025  15:45 

SEPAH komandirinə sui-qəsd edildi

31.10.2025  11:42 

Ermənistanda İranın güc amili


BÜTÜN XƏBƏRLƏR +