Meyitdən ürək köçürülən gənc evə buraxıldı
Həbs edilən icra başçısı apellyasiya şikayəti verməkdən imtina edib
İstənilən anda yıxıla bilərik...-Sebastyan
Bu şəhərdə qan su yerinə axır
“Suverenlik Yolunda Təhsil Missiyası” bu dəfə Tərtərdə
Bu avtomobillərin aksiz dərəcəsi artırılır
Deputatı ömürlük həbs cəzası gözləyir
Əli Xameneinin şəklini yandırdı, başından güllələndi
Bloger yerli sakinlərin etirazı ilə qarşılandı - Səbəb?
Kürəkənə 10 il iş verildi


24.07.2020  13:45 

Ermənilərin Belçikadakı icazəsiz aksiyası alınmadı





A+  A-

Azərbaycanın Belçikadakı səfirliyinin önündə təxribatçı və vandal hərəkətlərini reallaşdırmaq məqsədilə piket keçirmək istəyən ermənilər soydaşlarımızın etiraz aksiyası ilə qarşılaşıblar.
Diasporla İş üzrə Dövlət Komitəsindən XəzərNews.az-a verilən məlumata görə, ermənilərin səfirliyimizin qarşısında icazəsiz aksiya təşkil edəcəyindən xəbər tutan soydaşlarımız qısa zamanda Azərbaycan səfirliyinə yığışıb. Soydaşlarımız səfirliyin qarşısında ingilis dilində yazılmış "Ermənistanın təcavüzkar siyasətinə son!", "Xocalıya ədalət!" şüarlarını, Ermənistanın son təxribatları zamanı qəhrəmancasına həlak olmuş şəhidlərimizin şəkillərini düzməklə ermənilərə təcavüzkar mahiyyətə malik ölkənin vətəndaşları olduqlarını bir daha xatırladıblar.

Aksiya ərzində Azərbaycanın dövlət himni, vətənpərvərlik marşları və mahnıları, "Qarabağ Azərbaycandır!", "Qarabağ bizimdir, bizim olacaq!", "Vur, keç səngəri, Azərbaycan əsgəri!", "İşğalçı Ermənistana ar olsun!" kimi ədalətli şüarlar səsləndirilib. BMT-nin və digər beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünü tanıdığı, ölkəmizin əzəli torpaqları olan Dağlıq Qarabağdakı qeyri-qanuni fəaliyyət göstərən qondarma və cinayətkar rejimi heç bir təşkilatın və ölkənin tanımadığı, Azərbaycanın öz torpaqlarını erməni işğalından azad edəcəyi və ərazi bütövlüyünü bərpa edəcəyi erməni piketçilərinin diqqətinə çatdırılıb. Soydaşlarımızın birliyi qarşısında ermənilərin aksiyası baş tutmayıb.

Xəbər 3580 dəfə oxunub.




03.11.2025  19:39 

Bu şəhərdə qan su yerinə axır

03.11.2025  15:25 

Kürəkənə 10 il iş verildi

03.11.2025  14:44 

“Şəbnəmdən zəhləm gedir”


BÜTÜN XƏBƏRLƏR +