“Vaşaq“ və “Kobra-2“ ilk dəfə nümayiş etdirildi
Qələbinin 5-ci ili: Parad heyətlərinin təntənəli keçidi
Ərdoğan Azərbaycana səfər edəcək?
Diaspor sədri təltif olundu - Foto
Pokrovskın ələ keçirilməsi Rusiyaya nə verəcək?
“Pajiznicesi” yenidən həbs olundu
Prezident Pəncəli Teymurova Milli Qəhrəman adı verdi
Ukrayna ordusu Krımda neft bazasını vurub
Lavrovun Putinin gözündən düşməsi... – Peskov
Tiktoker və blogerlər qumara görə saxlanıldı - Video


04.01.2019  12:57 

“Lotu Quli”nin imperiyası təhlükə altında - Obyektlərinə göz dikdi...





A+  A-

2019-cu ildə kriminal aləm üçün ciddi nəticələrə səbəb olacaq iki önəmli hadisə baş verəcək.
XəzərNews.az "qafqazinfo”ya istinadən xəbər verir ki, bu ilin yaz və yayında iki kriminal avtoritet – Tariyel Oniani (Taro) və Əhməd Dombayev azadlığa çıxacaq.

Birincinin, sözsüz olaraq, "1 nömrəli qanuni oğru” olmaq istəyəcəyi qeyd olunur. Bunun üçün Taronun bütün şansları olduğu vurğulanır. Digəri isə azərbaycanlı avtoritetlər – Rövşən Canıyev, Vahid Süleymanov və Nadir Səlifovun klanının nüfuz dairəsində olan bazar biznesində mövqeyini gücləndirməyə çalışacaq.

Bu səbəbdən də bu ilin ilk yarısı kriminal aləmdə genişmiqyaslı "sxodka” və şiddətli çəkişmələrlə yadda qalacaq.

Qeyd edək ki, Tariyel Oniani artıq 10 ilə yaxındır ki, dəmir barmaqlılar arasındadır, lakin hələ də ən nüfuzlu "qanuni oğru”lar cərgəsindədir. Hesab edilir ki, onun Ded Xasanın güllələnməsi olayı ilə birbaşa əlaqəsi olub. Oniani 2019-un yazında azadlığa buraxılmalıdır, lakin onun Rusiya pasportu etibarsız sayıldığı üçün böyük ehtimalla, ölkədən deportasiya ediləcək. Daha əvvəl o, çirkli pulların yuyulması və cinayətkar dəstə təşkil etməkdə ittiham edilərək İspaniyada axtarışa verilmişdi.

Azadlığa buraxılacaq digər avtoritet Əhməd Dombayevin isə azərbaycanlı kriminal avtoritetlərin tabeliyində olan obyektləri nəzarətinə götürəcəyi proqnoz edilir. Əsas rəqibləri arasında isə Nadir Səlifovun (Quli) klanın üzvləri də var.

Xəbər 2936 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto

07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi

07.11.2025  10:50 

Baş redaktor vəfat etdi

07.11.2025  10:26 

Bakıda evdən meyit tapıldı


BÜTÜN XƏBƏRLƏR +