Romada azərbaycanlı qadın itkin düşüb
“Vaşaq“ və “Kobra-2“ ilk dəfə nümayiş etdirildi
Qələbinin 5-ci ili: Parad heyətlərinin təntənəli keçidi
Ərdoğan Azərbaycana səfər edəcək?
Diaspor sədri təltif olundu - Foto
Pokrovskın ələ keçirilməsi Rusiyaya nə verəcək?
“Pajiznicesi” yenidən həbs olundu
Prezident Pəncəli Teymurova Milli Qəhrəman adı verdi
Ukrayna ordusu Krımda neft bazasını vurub
Lavrovun Putinin gözündən düşməsi... – Peskov


30.05.2017  18:01 

”İşğaldan azad olan torpaqlarda bütün lazımi infrastrukturu qurulacaq”





A+  A-

“Artıq 20 ildən çoxdur ki, 1 milyon artıq azərbaycanlı Ermənistanın hərbi təcavüzü və işğalından əziyyət çəkir. Soydaşlarımızın üzləşdiyi problemlər Azərbaycan dövlətinin diqqət mərkəzindədir, müstəqilliyimizin ilk illərindən bu istiqamətdə həyata keçirilən tədbirlər dövlət siyasətinin əsas istiqamətlərindən biridir, doğma torpaqlarından didərgin düşmüş soydaşlarımızın yaşayış şəraitinin yaxşılaşdırılması üçün 2004-cü ildə Dövlət Proqramı qəbul edilib, 2007-ci və 2011-ci illərdə bu Proqrama əlavələr təsdiqlənib, ümumiyyətlə bu istiqamətdə həyata keçirilən tədbirlərin icrasına 6 milyard manatdan çox vəsait ayrılıb”.
XəzərNews.az-ın məlumatına görə, bunu Bakı şəhərinin Qaradağ rayonunda məcburi köçkünlər üçün yaşayış kompleksinin təməlqoyma mərasimində çıxışı zamanı Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyeva deyib.

O xatırlatıb ki, çadır şəhərciyi şəraitində yaşayan insanlar, qaçqın və məcburi köçkün ailələri onlar üçün inşa olunan 100-dək müasir yaşayış qəsəbəsinə köçürülüb: “Ümumilikdə bu, 50 min ailənin, 250 mindən çox insanın yaşayış şəraitinin yaxşılaşdırılması, yeni mənzillə təmin olunması deməkdir. Son 13 ildə 400 mindən çox qaçqın və məcburi köçkün yeni iş yeri ilə təmin olunub. Hər bir qəsəbədə məktəblər, uşaq bağçaları salınır. Ali və orta ixtisas təhsil ocaqlarında ödənişli formada təhsil alan qaçqınlar və məcburi köçkünlər təhsil haqqını ödəməkdən azad olunublar”.

Azərbaycanın birinci vitse-prezidenti vurğulayıb ki, həm çadır şəhərciklərinin ləğvində, həm humanitar faciənin qarşısının alınmasında Azərbaycan dövlətinin təcrübəsi nadir bir təcrübədir və beynəlxalq təşkilatlar tərəfindən çox yüksək qiymətləndirilir. Görülən bütün tədbirlərə baxmayaraq, bu sahədə öz həllini tapmayan problemlərin mövcud olduğunu təəssüflə qeyd edən M. Əliyeva bildirib ki, Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı vəziyyətdə olan binalarda hələ də minlərlə insan yaşayır. Mart ayında bu problemə həsr olunan müşavirədə birinci mərhələdə ən qəzalı binalarda yaşayan 4 min ailənin köçürülməsi üçün tədbirlər planının hazırlanması tapşırığının verildiyini xatırladan birinci vitse-prezident hazırda bu plana uyğun olaraq Abşeron rayonunun Masazır qəsəbəsində 3 binanın, Sabunçu rayonunun Ramanı qəsəbəsində 1 binanın, Sumqayıt şəhərində 5 binanın inşa edildiyini, digər 5 binanın inşası üçün isə yerin ayrıldığını söyləyib.

“Bu gün təməli qoyulan müasir yaşayış kompleksi ölkəmizin özəl sektorunun həmin bu nəcib işə töhfəsidir. Hesab edirəm çox gözəl bir haldır ki, dövlətlə yanaşı, iş adamları, sahibkarlar da bu məsələyə dəstəyini verməyə hazırdırlar” deyən M. Əliyeva bu təşəbbüsü yüksək qiymətləndirib, Azərbaycanda fəaliyyət göstərən digər şirkətləri, sahibkarları da təşəbbüsü dəstəkləməyə dəvət edib. Bildirib ki, bu, Azərbaycan xalqına xas olan xeyriyyəçilik ənənələrinin davamıdır, eyni zamanda, xalqımızın həmrəyliyinin, dövlətimizin gücünün və inkişafının təzahürüdür. M. Əliyeva Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə öz ədalətli həllini tapacağına və soydaşlarımızın doğma torpaqlarına qayıdacağına əminliyini ifadə edərək, işğaldan azad olan torpaqlarda Azərbaycan dövlətinin bütün lazımi infrastrukturu quracağını, şəhərlərimizi bərpa edəcəyini bildirib.

Birinci vitse-prezident M. Əliyeva mübarək Ramazan ayının başlanması münasibətilə təbriklərini çatdırıb, Azərbaycan xalqına sülh və əmin-amanlıq arzulayıb.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov isə bildirib ki, Bakı və Sumqayıt şəhərlərində qəzalı binalarda ağır şəraitdə yaşayan 4 min məcburi köçkün ailəsinin mənzil şəraitinin yaxşılaşdırılmasına həsr olunan müşavirədən dərhal sonra bu istiqamətdə genişmiqyaslı işlərə başlanılıb. Onun sözlərinə görə, bu gün məcburi köçkün ailələri üçün yaşayış kompleksinin təməlinin qoyulması da bu işlərin davamıdır. Bundan əlavə, Heydər Əliyev Fondunun müraciətinə əsasən bir çox özəl təşkilatlardan 210 mənzilin ayrıldığını və hazırda onlarda son tamamlama işlərinin aparıldığını deyən Ə. Həsənov qeyd edib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən 260 ailəlik 4 yaşayış binasının tikintisi sürətlə davam etdirilir və cari ilin iyul ayında başa çatdırılacaq.

Xəbər 3190 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto

07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi

07.11.2025  10:50 

Baş redaktor vəfat etdi

07.11.2025  10:26 

Bakıda evdən meyit tapıldı


BÜTÜN XƏBƏRLƏR +