“Vaşaq“ və “Kobra-2“ ilk dəfə nümayiş etdirildi
Qələbinin 5-ci ili: Parad heyətlərinin təntənəli keçidi
Ərdoğan Azərbaycana səfər edəcək?
Diaspor sədri təltif olundu - Foto
Pokrovskın ələ keçirilməsi Rusiyaya nə verəcək?
“Pajiznicesi” yenidən həbs olundu
Prezident Pəncəli Teymurova Milli Qəhrəman adı verdi
Ukrayna ordusu Krımda neft bazasını vurub
Lavrovun Putinin gözündən düşməsi... – Peskov
Tiktoker və blogerlər qumara görə saxlanıldı - Video


06.05.2017  15:19 

“870 milyon insan aclıqdan əziyyət çəkir” – Leyla Əliyeva





A+  A-

Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun üçüncü günündə sessiyalardan biri “Ərzaq Təhlükəsizliyi və dayanıqlı cəmiyyət naminə mədəniyyətlərarası dialoq: Davamlı inkişaf və sülhün təmin olunması üçün əsas elementlər” mövzusuna həsr edilib.
XəzərNews.az xəbər verir ki, BMT-nin Ərzaq və Kənd TəsərrüfatıTəşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyeva bildirib ki, tarix boyu Azərbaycan mədəniyyətlərin, dinlərin və sivilizasiyaların qovuşduğu məkan olub:

“Azərbaycandakı bütün xalqlar, istər müsəlman, istər yəhudi, istərsə də xristianlar sülh şəraitində yan-yana yaşayıblar. Bunu heç kəs mədəniyyətlərası dialoq kimi görməyib. Bu kimi qarşılıqlı əlaqələr gündəlik həyatın bir hissəsi olub. Bakı bu gün mədəniyyətlərarası dialoq üçün mərkəzlərdən birinə çevrilib.

Bu plenar sessiyada çıxışdan olduqca məmnunam. Mövzu mənim üçün FAO-nun xoşməramlı səfiri və ətraf mühit carçısı kimi əhəmiyyətlidir. Ərzaq təhlükəsizliyi, sülh və davamlı inkişaf arasında birbaşa əlaqə bu tədbiri olduqca zəruri edir. Hamımız bilirik ki, mədəniyyətlərarası dialoq irqçilik və zorakılığın formal səviyyədə aparılmasına qarşı mühüm əks qüvvədir. Bununla belə, bunun miqyası tolerantlıq, birgə yaşayış ideyalarının təşviq olunması ilə yanaşı digər işlərin də görülməsini ehtiva edir.

Əslində, çox təəssüflə qeyd etməliyəm ki, 21-ci əsrdə 870 milyon insan dünyada aclıqdan və az qidalanmadan əziyyət çəkir. Bu elə bir vaxtda baş verir ki, dünyada ərzağın üçdə bir hissəsi tullantı kimi atılır. İqlim dəyişikliyi bu vəziyyəti daha da gərginləşdirir.

Ərzağın bölüşdürülməsi özü özlüyündə mədəniyyətlərarası dialoqdur. Çünki mətbəx mədəniyyəti insanlara bir araya gəlmək və strereotipləri aradan qaldırmaq üçün bir vasitədir.

Vaxt artıq yetişib, beynəlxalq ictimaiyyət öz səylərini birləşdirərək ərzaq təhlükəsizliyi və qidalama məsələrini mədəniyyətlərarası dialoqun yaxşılaşdırılmasında istifadə etsin”.

Xəbər 2850 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto

07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi

07.11.2025  10:50 

Baş redaktor vəfat etdi

07.11.2025  10:26 

Bakıda evdən meyit tapıldı


BÜTÜN XƏBƏRLƏR +