“Vaşaq“ və “Kobra-2“ ilk dəfə nümayiş etdirildi
Qələbinin 5-ci ili: Parad heyətlərinin təntənəli keçidi
Ərdoğan Azərbaycana səfər edəcək?
Diaspor sədri təltif olundu - Foto
Pokrovskın ələ keçirilməsi Rusiyaya nə verəcək?
“Pajiznicesi” yenidən həbs olundu
Prezident Pəncəli Teymurova Milli Qəhrəman adı verdi
Ukrayna ordusu Krımda neft bazasını vurub
Lavrovun Putinin gözündən düşməsi... – Peskov
Tiktoker və blogerlər qumara görə saxlanıldı - Video


19.03.2017  12:19 

Rəsul Quliyev Cəmil Həsənlini təhqir etdi





A+  A-

ABŞ -da yaşayan eks-spiker Rəsul Quliyevlə Milli Şura rəhbəri Cəmil Həsənli arasında günlərdir, davam edən söz atışması dayanmır.
XəzərNews.az musavat.com-a istinadən xəbər verir ki, Rəsul Quliyev Cəmil Həsənliyə xitabən "Bütün həyatı boyu heç bir xeyirli işlə məşğul olmayan, bu gün xalqa xidmət edən bir tələbə belə yetirməmiş, heç kimin oxumadığı, sifarişlə yazılmış kitablarına görə özünü ``professor`` adlandıran psixikası pozulmuş şəxs yeni çızma-qarasında bir daha daxili əxlaqsızlığını nümayiş etdirir" deyə, vurğulayıb: "Elə bil prezident seçkilərindən sonra 6 ay "prezident mənəm, 65 faizlə udmuşam" deyən təlxək mən olmuşam, bu yox. "Oğurlayanı oğurla" bədnam şüarının müəllifi elə bil bu deyil, kimsə başqasıdır. Saxta sənədlərlə "invalidlik" statusu alan və vaxtından qabaq özünə pensiya təşkil edən (çox ehtimal kimlərəsə rüşvət verib) insan bu şərəfsiz deyilmiş.

Mənim onu Londana dəvət etdiyimi iddia edən bu yazıq dediyini sübut edə bilərmi, əsla yox. Əgər az da olsa insanlıq keyfiyyətinə maliksə kimin vasitəsilə mənim bu işi gördüyümü desin. Əgər deyə bilmirsə, utanıb xəcalət çəksin.

Mən bu insanı birinci dəfə Vaşinqtonda kiminsə vasitəçiliyi ilə Türk restoranında görmüşəm. Ona qədər və ondan sonra yəni 2013-cü ilə qədər belə bir adamın olduğunadan belə xəbərim olmayıb. Vaşinqtonda onun mənə verdiyi kitabla tanış olmuşdum və orada M.Bağırovla əlaqədar yazdıqlarının səhv olduğunu demişdim. Bu insan hələ də yalan danışmağın nə qədər Azərbaycan xalqının imicinə ziyan vurduğunu anlamır və bu yalanları deməkdə davam edir. Bu adama "30 milyard pul olan yerdə 100 milyard oğurlamaq mümkün deyildir"i başa salmaq mümkün deyildir. Və belə bir insan prezident olmaq arzusuna düşmüşdü".

Rəsul Quliyev daha sonra qeyd edib: "Kimdir bu professor? "Azadlq" qəzetində ağzına gələni yazan və bu qəzetdə heç bir cavab ala bilməyəcəyinə əmin olan bədbaxt. Adam Simiti mənim mazut satmağımla eyniləşdirən bir bədbaxtın özünü ``professor`` adlandırması azad bazar iqtisadiyyatına təhqirdən başqa bir şey deyildir. Bu adam Şanxayda olduğundan, orada fəaliyyətindən fəxrlə danışır. Bu insan Cində komunist diktaturasının hökm sürdüyündən xəbərdardır, görəsən.

Mən əminəm ki, onun növbəti çızma-qarası Cin diktaturasının şəninə həsr olunacaq. Bir sözlə, bundan sonra bu insana cavab verməyi özüm üçün təhqir qəbul etdiyimdəm xahiş edirəm, yazılarını davam etdirsin. Mən həyatımda onlarla akademik (sovet ittifaqı və respublikada) və yüzlərlə normal professorlarla işləmişəm. Bu özünü professor adlandıran "aşağı problu adam"la polemikaya girmək istəmirəm. Çünki o səviyyəli adamların məni anlamaq şansı yoxdur".

Xəbər 4647 dəfə oxunub.




07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto

07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi

07.11.2025  10:50 

Baş redaktor vəfat etdi

07.11.2025  10:26 

Bakıda evdən meyit tapıldı


BÜTÜN XƏBƏRLƏR +