“Şərq-Qərb” ASC dövlət qarşısında borcunu ödəməyə məcbur edilib
Gəlin, Gəncə şəhərinə sahib çıxaq! - Deputatdan ÇAĞIRIŞ
Azərbaycandan gedən ilk qatar Ermənistana daxil oldu - FOTO
“Sovetski“ ərazisindən ailələr niyə köçürülür?
Sabahın havası açıqlandı
4 avtomobil toqquşdu – Dərnəgül yolunda qəza
AFFA “Neftçi“ klubunu cərimələyib
Azərbaycan Ordusu NATO standartlarına uyğunlaşdırılır -Prezident
“İmamoğlu işi“: Tanınmış jurnalistlər saxlanıldı
Təhsil müdirinə şiddətli töhmət verildi


04.11.2025  13:05 

Sabahdan bu yollar bağlanır - Xəbərdarlıq!





A+  A-

8 Noyabr - Zəfər Günü ilə əlaqədar keçiriləcək tədbirə hazırlıq məqsədilə 5-6 noyabr tarixlərində səhər saat 10:00-dan 16:00-dək paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək.

XəzərNews.az xəbər verir ki, bununla bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Məhdudiyyət tətbiq ediləcək küçə və prospektlərin siyahısı:

- Bakı Su İdman Sarayından, Teleteatr binasının yanından və Şeyx Şamil küçəsindən Azneft dairəsi istiqamətinə;

- Neftçilər prospekti, Z.Əliyevə, Ü.Hacıbəyli və 8 Noyabr prospektinin bir hissəsi;

- Ağ Şəhər Bulvarı, X.Rüstəmov küçəsindən Y.Səfərov küçəsinə qədər hərəkət məhdudlaşdırılacaq.

Paytaxtın cənub giriş qapısından sürücülər “Azneft” və “Neftçilər” dairəsinə alternativ kimi Bakı-Salyan yolunun 14-cü kilometrliyindən Lökbatan dairəsi istiqamətində üçüncü kənar dairəvi yolla “20 Yanvar” və ya Yeni Yasamal ərazisindən keçməklə hərəkət edə bilərlər.

Eyni zamanda 20-ci sahə, Bayıl qəsəbəsində yaşayanlar isə qəsəbənin daxili yolları ilə Qurban Abbasov küçəsindən keçməklə Teymur Elçin, Mehdi Hüseyn və Lermontov küçələri ilə mərkəzə doğru hərəkət etmələri tövsiyə olunur.

Şəhərin mərkəzindən Xətai və Nizami rayonlarına doğru hərəkət etmək istəyən sürücülər Ş.Bədəlbəyli, Azadlıq prospekti, Nizami və Y.Səfərov küçəsindən keçməklə hərəkət edə bilərlər. H.Əliyev prospektindən Yasmal və digər istiqamətlərə gedən sürücülər isə Y.Səfərov küçəsindən keçməklə 28 May, R.Behbudov, Fizuli və A.Şaiq küçələrindən hərəkət edərək keçə bilərlər.

Əlavə olaraq bildirək ki, məhdudiyyət tətbiq ediləcək küçə və prospektlərin giriş və çıxışlarında DYP əməkdaşları tərəfindən xidmət təşkil edilərək nəqliyyat vasitələri alternativ istiqamətlərə yönləndiriləcək.

Yol hərəkəti iştirakçılarından qeyd edilən məhdudiyyətləri nəzərə alaraq fərdi minik avtomobillərindən mümkün qədər az istifadə etmələri, şəhərin mərkəzi hissəsinə yalnız ictimai nəqliyyat vasitələri ilə hərəkət etmələri xahiş olunur.

Xəbər 2101 dəfə oxunub.




06.11.2025  13:32 

Sabahın havası açıqlandı

06.11.2025  12:06 

Əhaliyə xəbərdarlıq: Sabah...

06.11.2025  11:51 

Bu şəxslər cərimələnəcək

06.11.2025  11:17 

Unutmayacağımız gecə...


BÜTÜN XƏBƏRLƏR +