Mədəniyyət Nazirliyi ilə bağlı nə baş verir?
Təyyarənin göyərtəsində 20 nəfər olub - Açıqlama
DSX qəza ilə bağlı paylaşım edib
Türkiyə təyyarəsi qəzaya uğradı
Bakıda yaşayış binasında yanğın baş verib
Pakistanda güclü partlayış: Ölənlər var
Lamin Yamal millidən uzaqlaşdırıldı
Şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu
Sərxoş sürücü saxlanıldı
Trampdan Əhməd əl-Şaraaya 55 dollarlıq hədiyyə


17.10.2023  09:45 

İndi biz XankəndiYƏ gedirik, yoxsa...





A+  A-

Ay yarım əvvəl keçirilən “Azərbaycan dili forumu”nda dilçi alim Nizami Cəfərova yaxınlaşıb eyni sualı verdim. Həmin anda Dil komissiyasının üzvü Sayalı xanım da Nizami müəllimin yanında idi.

Sualıma ikisi də eyni anda cavab verdi:

Nizami müəllim: XANKƏNDİNƏ…
Sayalı xanım: XANKƏNDİYƏ…

Susub ikisinə də baxdım və təbii ki, izahat gözlədim.

Sayalı xanım dedi ki, bax məsələn “ayaqqabıya” deyirik. Eyni qəbildən olan hallanmadır.

Nizami Cəfərov isə etiraz etdi:”Xeyr, razı deyiləm, Xankəndi xüsusi isimdir və bu cür xüsusi isimlərin hallanmasına fərqli yanaşmaq lazımdır. Məsələn, mən heç vaxt “Yusif Səmədoğluya “ deyilməsini qəbul etmirəm, YUSİF SƏMƏDOĞLUNA olmalıdır. Bu, xüsusi isimdir.

Soruşdum ki, Nizami müəllim, bunu sizin adınızdan yaza bilərəmmi? Dedi ki, “əlbəttə!” Sonra başım qarışdı, yaza bilmədim.

İndi oxuyuram ki, daha bir dilçi alim Möhsün Nağısoy Nizami müəllimin cavabınl daha detallı izah edib və o da XANKƏNDİNƏ deyir!

Səadət Məmmədova

Xəbər 2781 dəfə oxunub.




11.11.2025  13:50 

Sərxoş sürücü saxlanıldı

11.11.2025  11:32 

Rusiya Odessanı vurdu

11.11.2025  10:55 

Rusiyada neft zavodu vuruldu


BÜTÜN XƏBƏRLƏR +