Mədəniyyət Nazirliyi ilə bağlı nə baş verir?
Təyyarənin göyərtəsində 20 nəfər olub - Açıqlama
DSX qəza ilə bağlı paylaşım edib
Türkiyə təyyarəsi qəzaya uğradı
Bakıda yaşayış binasında yanğın baş verib
Pakistanda güclü partlayış: Ölənlər var
Lamin Yamal millidən uzaqlaşdırıldı
Şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu
Sərxoş sürücü saxlanıldı
Trampdan Əhməd əl-Şaraaya 55 dollarlıq hədiyyə


10.10.2023  13:57 

Milli Oftalmologiya Mərkəzində gözə baxırlar, yoxsa cibə?..





A+  A-

Milli Oftalmologiya Mərkəzində pasiyentlərdən yığılan ödənişlərin mühüm hissəsi dövlət büdcəsindən yayındırılır.

Xəzərnews.az yerli mediaya istinadən xəbər verir ki, Mərkəzin uşaq bölməsində müayinə üçün 30 manat ödəniş tələb edilir. Bu pulun müqabilində isə qəbz verilmir. Həkim müayinəsinə gedən azyaşlı pasiyentlər göz bəbəyinin fotosunun çəkilməsi üçün 103 saylı otağa yönləndirilir. Burada isə hər bir pasiyentdən 5 manat alınır. Ancaq bu ödənişin əvəzində də bizə qəbz vermirlər.

Acınacaqlı durumun Oftalmologiya Mərkəzinin böyüklər üçün olan korpusunda da hökm sürdüyü bildirilir.

Mərkəzin 7 mərtəbəli korpusda qeydiyyatdan keçmək üçün kiçik bir otaq var. Burada əyləşən xanım müraciət edən pasiyentlərin adını jurnala işlədikdən sonra 5 manat alır. İkinci mərtəbədə olan 2011 saylı otaqda isə göz bəbəyinin fotosunun çəkilməsi üçün 10 manat alır. 2001 saylı otaqda isə xəstələrdən 20 manat alınır. Amma bu pullara görə qəbz verilmir.

Mərkəzdə pasiyentlərdən şifahi formada tələb edilib alınan vəsaitlərin əvəzində qəbz verilməməsinin arxasında yığılan pulların büdcədən yayındılması məqsədinin olması ehtimal edilir.

Məsələ ilə bağlı Milli Oftalmologiya Mərkəzindən və Səhiyyə nazirliyindən mövqe öyrənə bilmədik.

Qeyd edək ki, Milli Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımovdur.



Elmar Qasımov eyni zamanda Səhiyyə Nazirliyinin baş oftalmoloqudur.

O, 2006-cı ildən Milli Oftalmologiya Mərkəzinin direktoru vəzifəsində çalışır./Qlobal.az

Xəbər 4752 dəfə oxunub.




11.11.2025  13:50 

Sərxoş sürücü saxlanıldı

11.11.2025  11:32 

Rusiya Odessanı vurdu

11.11.2025  10:55 

Rusiyada neft zavodu vuruldu


BÜTÜN XƏBƏRLƏR +