Mədəniyyət Nazirliyi ilə bağlı nə baş verir?
Təyyarənin göyərtəsində 20 nəfər olub - Açıqlama
DSX qəza ilə bağlı paylaşım edib
Türkiyə təyyarəsi qəzaya uğradı
Bakıda yaşayış binasında yanğın baş verib
Pakistanda güclü partlayış: Ölənlər var
Lamin Yamal millidən uzaqlaşdırıldı
Şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu
Sərxoş sürücü saxlanıldı
Trampdan Əhməd əl-Şaraaya 55 dollarlıq hədiyyə


24.04.2023  09:54 

Evdən 15 000 manatlıq oğurluq edən şəxs saxlanılıb





A+  A-

Ağcabədidə evdən 15 000 manat miqdarında oğurluq edən şəxs saxlanılıb.

XəzərNews.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadla xəbər verir ki, aprel ayında Ağcabədi Rayon Polis Şöbəsinə fərdi yaşayış evindən oğurluq edilməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar müvafiq araşdırmalara başlanılıb. Araşdırmalarla ev sahibinin iki il öncə oraya baş çəkdiyi və oğurluğun da bundan sonrakı dövr ərzində törədildiyi müəyyən edilib. Polis əməkdaşlarının keçirdiyi detallı əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən şəxs qısa zamanda ifşa edilib. Belə ki, qeyd edilən cinayətin rayon sakini Rahib İmanov tərəfindən törədildiyi məlum olub.

O, polis əməkdaşları tərəfindən saxlanılıb və dindirilmə zamanı öz əməlini etiraf edib. R.İmanov ötən ilin avqust ayının əvvəlindən dekabr ayının sonunadək mütəmadi şəkildə qızıl-zinət və məişət əsyaları oğurlamaqla zərərçəkmişə 15 min manat miqdarında maddi ziyan vurub. Oğurlanan əşyalar aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.



Xəbər 2628 dəfə oxunub.




11.11.2025  13:50 

Sərxoş sürücü saxlanıldı

11.11.2025  11:32 

Rusiya Odessanı vurdu

11.11.2025  10:55 

Rusiyada neft zavodu vuruldu


BÜTÜN XƏBƏRLƏR +