Bakıda yaşayış binasında yanğın baş verib
Pakistanda güclü partlayış: Ölənlər var
Lamin Yamal millidən uzaqlaşdırıldı
Şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu
Sərxoş sürücü saxlanıldı
Trampdan Əhməd əl-Şaraaya 55 dollarlıq hədiyyə
Rusiya Odessanı vurdu
Rəşad Dağlı həbsdən azad olunub?
Mehdiyev Memarlıq İttifaqını necə ələ keçirdi?
Rusiyada neft zavodu vuruldu


30.12.2022  18:42 

Hər biriniz bir Azərbaycansınız... - Mənsimov





A+  A-

Hər dəfə Azərbaycanın Milli Qəhrəmanı, şəhidimiz Mübariz İbrahimovun adına məktəbin şagirdləri ilə görüşəndə xalqımızın necə istedadlı olduğuna bir daha əmin oluram. Ailə mədəniyyətinə, sənətə, təhsilə yüksək həvəsə şahidlik edirəm. Bu, olduqca gözəl hisslərdir.

Bu sözləri "Palmali" Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov Feysbuk hesabında paylaşıb.

“Bir xalqın formalaşması, sağlam və xoşbəxt gələcəyini qurması üçün təhsil, elm çox önəmlidir. Bu uşaqlarla görüşəndə necə gözəl balaların yetişdiyini gördüm. Hər birinin gözündə Vətənə sevgi və məhəbbət parıldayırdı. Hər zaman belə olun, əziz balalar. Vətəni sevin, ürəyiniz vətənlə döyünsün, xalqımıza və dövlətimizə faydalı vətəndaş olun. Açığı, sizin belə gözəl qarşılamağınız, mehribanlığınız mənim üçün gözlənilməz oldu. Zövqlə, qəlbinizin istisi ilə qurduğunuz səhnəciklər, nümayiş etdirdiyiniz rəqslər, səsləndirdiyiniz şeirlər sizin yüksək vətənpərliyinizin bariz nümunəsi idi. Hər zaman sizin arxanızdayam, dəstək verirəm və Allahın izni ilə bundan sonra da dəstək verəcəyəm.

Sizin hər biriniz bir Azərbaycansınız. Vətəni gözəl şəkildə təmsil etməniz üçün oxumalısınız, savadlanmalısınız. Əziz balalar, bir daha Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni - 2023-cü ilinizi təbrik edirəm. Sağlam olun, savadlı olun, bunlar olduqdan sonra həyata baxışınız da düzgün olacaq. Mən əminəm ki, sizin aranızdan müxtəlif sahələrdə çalışan mütəxəssislər, sənət və elm adamları yetişəcək. Buna görə də, hər zaman o fədakar müəllimlərə təşəkkür edin. Sizə gözəl bir günə görə minnətdaram. Bu qədər səmimi bir mühitdə olmaq hər kəsə də nəsib olmur amma...”, - iş adamı qeyd edib./Axar.az



Xəbər 2649 dəfə oxunub.



11.11.2025  13:50 

Sərxoş sürücü saxlanıldı

11.11.2025  11:32 

Rusiya Odessanı vurdu

11.11.2025  10:55 

Rusiyada neft zavodu vuruldu

07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto


BÜTÜN XƏBƏRLƏR +