Təyyarənin göyərtəsində 20 nəfər olub - Açıqlama
DSX qəza ilə bağlı paylaşım edib
Türkiyə təyyarəsi qəzaya uğradı
Bakıda yaşayış binasında yanğın baş verib
Pakistanda güclü partlayış: Ölənlər var
Lamin Yamal millidən uzaqlaşdırıldı
Şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu
Sərxoş sürücü saxlanıldı
Trampdan Əhməd əl-Şaraaya 55 dollarlıq hədiyyə
Rusiya Odessanı vurdu


24.08.2022  11:03 

“Deyirsən, səni polisə verəcəm, deyir, polisin malını satıram“ - Video





A+  A-

Videobloger Nail Kəmərlinin paytaxtın Cəlil Məmmədquluzadə (“Papanin”) küçəsində hazırladığı reportaj sosial şəbəkələrdə gündəm olub.

Reportaj N. Kəmərlinin “YouTube” kanalında yayımlanıb. Videoda “Papanin”dəki “narkotik yuvaları” işıqlandırılıb.

Yerli sakinlər ərazidə narkomaniyanın baş alıb getdiyini və onların qarşısının alınması üçün heç bir müdaxilə olunmadığını bildiriblər.

“Gecə çölə çıxa bilmirik, çıxırsan sataşırlar, çantanı dartırlar, evlərə hücum edirlər. Deyirsən ki, səni polisə verəcəm, 102-yə verəcəm. Gülüb deyir ki, ver də, polisin malını satıram onsuz da. Polisin adını da ləkələyirlər, polisə də böhtan atırlar. Bəlkə də, düz deyirlər, deyə bilmərik. Post-patrullarımız da yatır, yatır, gündüz saat 12-də gəlir. Onlara ərizə yazıb müraciət etmişəm ki, gecə saat 12-dən sonra küçəni gəzin. Biz narkomanların əlindən bu məhəllədə yaşaya bilmirik. Konfet adı ilə uşaqlara "patı" verirlər. Oğlanlar bir yana, qızlar iynə vurur”, - “Papanin” sakini deyib.

Çəkiliş zamanı ərazidə olan şəxslərdən biri narkotik istifadəçilərinin toplaşdığı məkanın Fövqəladə Hallar Nazirliyinin əməkdaşının evi olduğunu iddia edib./Yeniavaz.com



Xəbər 4727 dəfə oxunub.




11.11.2025  13:50 

Sərxoş sürücü saxlanıldı

11.11.2025  11:32 

Rusiya Odessanı vurdu

11.11.2025  10:55 

Rusiyada neft zavodu vuruldu


BÜTÜN XƏBƏRLƏR +