Rəqib yoruldu və nəticə belə oldu -Savo Vuçeviç
Arif Zeynalovun bahalı avtomobillərinə həbs qoyuldu
Hərbi xidmət müddəti 6 ay azaldılır
Tramp BBC-ni məhkəməyə verəcək?
İmamoğluna 2352 il həbs cəzası veriləcək?
“Kurtlar Vadisi“nin Elifi ölümdən döndü
Qalmaqallı estetik mərkəzilə bağlı cinayət işi açıldı
Nəsimi rayonuna yeni icra başçısı təyin edilib
Qaxa da yeni İcra başçısı təyin olundu
Kürdəmirin İcra başçısı vəzifəsindən azad edilib


05.05.2022  09:40 

Avtomobillərdə pərdə və plyonkadan istifadə ləğv edilib? — VİDEO





A+  A-

Avtomobillərdə pərdə və plyonkadan istifadə qadağasının ləğv edilməsi ilə bağlı 'Yol hərəkəti haqqında' qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik olsa da, bununla bağlı standart müəyyən edilməyib.

Əvvəllər nəqliyyat vasitələrinin arxa yan şüşələrində mayın 1-dən noyabrın 15-dək pərdə və plyonkadan istifadəyə icazə verilirdi.

Yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı deyir ki, ötən il Milli Məclisin plenar iclasında pərdə və plyonka qadağasının ləğv edilməsi ilə bağlı müvafiq qərar verilib. Bunun standartını müəyyən etmək üçün Nazirlər Kabinetinə 3 ay vaxt verilib. Amma həmin tarixdən indiyədək standart qəbul edilməyib.

Ekspertin sözlərinə görə, Azərbaycanın qəbul etdiyi Avropa İqtisadi Komissiyasının 42 saylı qaydasında da qeyd olunub ki, sürücünün kürəyindən arxada qalan şüşələrin şəffaflığı onun öz öhdəliyinə buraxılır.

Sürücülər isə deyirlər ki, mövcud vəziyyət onlarda çaşqınlıq yaradıb. Çünki adi vaxtlarda plyonka və pərdə istifadəsinə görə cərimə tətbiq edilmir, amma avtomobillərin qeydiyyatı və texniki baxışı zamanı həmin vasitələrin sökülməsi tələb edilir.
Pərdə və plyonka ilə bağlı standartın nə zaman müəyyən ediləcəyi isə məlum deyil.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:



Xəbər 3317 dəfə oxunub.




12.11.2025  17:08 

Şagird müəllimini döydü

12.11.2025  16:32 

Milli birlik naminə... - 44 gün

12.11.2025  11:09 

72 klinikada nöqsanlar aşkarlandı


BÜTÜN XƏBƏRLƏR +