Təyyarənin göyərtəsində 20 nəfər olub - Açıqlama
DSX qəza ilə bağlı paylaşım edib
Türkiyə təyyarəsi qəzaya uğradı
Bakıda yaşayış binasında yanğın baş verib
Pakistanda güclü partlayış: Ölənlər var
Lamin Yamal millidən uzaqlaşdırıldı
Şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu
Sərxoş sürücü saxlanıldı
Trampdan Əhməd əl-Şaraaya 55 dollarlıq hədiyyə
Rusiya Odessanı vurdu


06.08.2021  11:21 

Xəstəxana direktoru haqda cinayət işi başlandı





A+  A-

“Şirvan şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktorunun qanunsuz əməlləri ilə bağlı daxil olmuş müraciət əsasında şəhər prokurorluğunda araşdırma aparılıb.
Şirvan şəhər prokurorluğundan XəzərNews.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla PHŞ-in direktoru İlham Mustafayevin 24.04.2021-ci il tarixdən hazırki vaxtadək vəzifə səlahiyyətlərindən sui-istifadə edərək özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə xidməti nəqliyyat vasitəsi kimi sənədləşdirilmiş “VAZ 21 063” markalı avtomaşının faktiki işləmədiyi halda Aqşin Əhmədov adlı şəxsin adına rəsmiləşdirməklə iş funksiyasını icra etmədiyi halda ona 1054 manat məbləğində əmək haqqının ödənilməsini, həmçinin “Elxan Fərəcov” MMC-dən 4 min 980 manat dəyərində texniki avadanlığın alınmasının rəsmiləşdirilməsi yolu ilə dövlət büdcəsindən həmin məbləğdə pul vəsaitinin köçürülməsini təmin etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə cinayət əməllərinə yol vermiş şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir.

Xəbər 3884 dəfə oxunub.




11.11.2025  13:50 

Sərxoş sürücü saxlanıldı

11.11.2025  11:32 

Rusiya Odessanı vurdu

11.11.2025  10:55 

Rusiyada neft zavodu vuruldu


BÜTÜN XƏBƏRLƏR +