Pakistanda güclü partlayış: Ölənlər var
Lamin Yamal millidən uzaqlaşdırıldı
Şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu
Sərxoş sürücü saxlanıldı
Trampdan Əhməd əl-Şaraaya 55 dollarlıq hədiyyə
Rusiya Odessanı vurdu
Rəşad Dağlı həbsdən azad olunub?
Mehdiyev Memarlıq İttifaqını necə ələ keçirdi?
Rusiyada neft zavodu vuruldu
Sakinləri qorxuya salan 100 yaşlı bina -VİDEO


25.05.2021  14:06 

COVID pasportu olanlara bu güzəştlər ediləcək





A+  A-

Prezidentin köməkçisi Şahmar Mövsümov Azərbaycanda COVID-19 pasportunun tətbiq edilməsi ilə bağlı qaydaları açıqlayıb.
XəzərNews.az-ın məlumatına görə, Ş.Mövsümov brifinqdə çıxış edərək bildirib ki, COVID pasportu iki sertifikatdan ibarətdir: “Birincisi peyvəndləşmə sertifikatıdır. Bura hər iki peyvəndi alan şəxslər daxildir.

İkinci sertifikat isə immunitet sertifikatıdır, bu da xəstələnib sağalmış insanlara tətbiq olunur. Çünki virusa yoluxub sağalan şəxslər vaksin olunmur.

Bu iki sənəddən biri olan şəxslər COVID pasportu ilə idman-sağlamlıq mərkəzlərindən istifadə edə biləcəklər. Bu yerlərin işçilərinin vaksinasiya, yaxud immunitet sertifikatı olması tələb olunur. İşçilərin 80 faizinin COVID pasportu olan yerlərin fəaliyyətinə icazə veriləcək.

Gələcəkdə COVID pasportu olan şəxslərin digər xidmətdən istifadə etməsinə də imkan veriləcək. Burada konsertlər, teatrlar, kinoteatlar, toy və digər şənliklərdən söhbət gedir. Bu xidmətlərdən istifadə etmək istəyən vətəndaşlara təcili vaksinasiyadan keçməyi tövsiyə edirəm”.

Xəbər 4037 dəfə oxunub.



11.11.2025  13:50 

Sərxoş sürücü saxlanıldı

11.11.2025  11:32 

Rusiya Odessanı vurdu

11.11.2025  10:55 

Rusiyada neft zavodu vuruldu

07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto


BÜTÜN XƏBƏRLƏR +