Bakıda yaşayış binasında yanğın baş verib
Pakistanda güclü partlayış: Ölənlər var
Lamin Yamal millidən uzaqlaşdırıldı
Şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu
Sərxoş sürücü saxlanıldı
Trampdan Əhməd əl-Şaraaya 55 dollarlıq hədiyyə
Rusiya Odessanı vurdu
Rəşad Dağlı həbsdən azad olunub?
Mehdiyev Memarlıq İttifaqını necə ələ keçirdi?
Rusiyada neft zavodu vuruldu


31.03.2021  12:46 

Ermənistan Azərbaycana qarşı “İskəndər” raketlərindən istifadə edib





A+  A-

Vətən müharibəsi zamanı Ermənistan Azərbaycana qarşı “İskəndər” raketlərindən istifadə edib.
XəzərNews.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinin (ANAMA) nümayəndəsi bildirib.

- Ermənistanın keçmiş Prezidenti Serj Sarkisyan, Baş nazir Nikol Paşinyan və Ermənistan Müdafiə Nazirliyinin keçmiş baş hərbi müfəttişi Movses Hakobyan 44 günlük müharibə zamanı Ermənistanın Azərbaycana qarşı “İskəndər” raket sistemindən istifadə etdiyini açıqlayıblar. Son günlərdə bu məsələ yenidən erməni mediasında müzakirə mövzusuna çevrilib və sosial şəbəkələrdə raketin atılmasını göstərən videolar ortaya çıxıb. Bu cür açıqlamaları necə şərh edərdiniz?

- Bu cür açıqlamaları şərh etmək səlahiyyətimizdən kənardır.

- Bəlkə işçiləriniz hər hansı bir raket parçası aşkar ediblər?

- 2020-ci ilin dekabrından bəri işğaldan azad edilmiş Şuşa şəhərində Minaların Təmizlənməsi Agentliyi minaların təmizlənməsi və döyüş sursatlarının zərərsizləşdirilməsi işlərini davam etdirir. 15 mart 2021-ci il tarixdə agentlik əməkdaşları tərəfindən aparılan təmizləmə əməliyyatı zamanı şəhərdə iki partlamış raket qəlpələri aşkarlanıb.

- Qalıqların tapıldığı yerin koordinatlarını verə bilərsinizmi?

- Raket qırıqlarının coğrafi koordinatları aşağıdakı kimidir: 39°45`38.10“N 46°44`33.90”E və 39°45`27.80“N 46°45`25.80”E. Agentliyin mütəxəssisləri tərəfindən raketin identifikasiya nömrəsinin (9M723) yoxlanılması zamanı qalıqların “İskəndər” raket sisteminə aid olduğu müəyyən edilib. Açıq internet mənbələrində axtarış apararkən belə 9M723 eyniləşdirmə nömrəsinin “İskəndər” raketinə aid olduğunu müəyyən etmək olar. Bütün bunlar Vətən müharibəsi dövründə, xüsusən Şuşa şəhərini dağıtmaq üçün Ermənistanın Azərbaycana qarşı “İskəndər” raketlərindən istifadə etdiyini təsdiqləyir.

Caliber.az

Xəbər 4195 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.11.2025  13:50 

Sərxoş sürücü saxlanıldı

11.11.2025  11:32 

Rusiya Odessanı vurdu

11.11.2025  10:55 

Rusiyada neft zavodu vuruldu

07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto


BÜTÜN XƏBƏRLƏR +