Mədəniyyət Nazirliyi ilə bağlı nə baş verir?
Təyyarənin göyərtəsində 20 nəfər olub - Açıqlama
DSX qəza ilə bağlı paylaşım edib
Türkiyə təyyarəsi qəzaya uğradı
Bakıda yaşayış binasında yanğın baş verib
Pakistanda güclü partlayış: Ölənlər var
Lamin Yamal millidən uzaqlaşdırıldı
Şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu
Sərxoş sürücü saxlanıldı
Trampdan Əhməd əl-Şaraaya 55 dollarlıq hədiyyə


08.03.2021  10:08 

Cüdo komandamız “Böyük dəbilqə”də 14-cü oldu





A+  A-

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə “Böyük dəbilqə” turniri başa çatıb.
XəzərNews.az xəbər verir ki, turnirin sonuncu günündə üç cüdoçumuz mübarizə aparıb. Komandamızın üzvü Məmmədəli Mehdiyev (90 kq) ilk görüşdə Erlan Şerov (Qırğızıstan), daha sonra böyük britaniyalı Maks Stüart və estoniyalı Klen Kalyualidə qalib gələrək yarımfinala vəsiqə qazansa da, final uğrunda mübarizədə yerli idmançı Dovlat Bobonova məğlub olub. İdmançımız bürünc medal uğrunda görüşdə Özbəkistanın digər təmsilçisi Şermuxammad Jandreyev ilə qarşılaşmanı qələbə ilə başa vuraraq üçüncü yeri tutub.

Digər cüdoçumuz Uşangi Kokauri (+100 kq yuxarı) də turnirə qələbə ilə başlayıb. Cüdoçumuz əvvəlcə italiyalı Vinçentso Darko, daha sonra rusiyalı Anton Krivobokov və dörddəbir finalda finlandiyalı Marti Pymalayneni məğlub edib. Yarımfinalda yaponiyalı Kokoro Kaqeyreyə uduzan idmançımız üçüncü yer uğrunda qarşılaşmada Cənubi Koreya təmsilçisi Kim Minconq ilə də bacarmayıb və turniri medalsız başa vurub.

Komandamızın digər üzvü Aslan Mirzəyev (100 kq) isə ilk qarşılaşmada Otqonbatar Xlaqvasurenə (Monqolustan) məğlub olub.

Beləliklə, turnirə 12 idmançı ilə qatılan Azərbaycan komandası yekunda 2 bürünc medal qazanıb. Ötən gün Rüstəm Orucov (73 kq) da millimizin aktivinə bürünc medal yazdırıb. Bu nəticə ilə komandamız 14-cü pillədə qərarlaşıb.

Turnirdə ən yüksək nəticəni Yaponiya (9 qızıl, 1 gümüş, 1 bürünc) komandası göstərib. Monqolustan (2 qızıl, 2 gümüş, 1 bürünc) və Cənubi Koreya (1 qızıl, 1 gümüş, 4 bürünc) sonrakı pillələrdə qərarlaşıblar. Hərəyə 1 bürünc medal qazanan Rusiya, Fransa kimi cüdo ölkələri ilk 15-liyə düşə bilməyiblər.

Tokio Olimpiadasına lisenziya xarakteri daşıyan bu nüfuzlu turnirdə dünyanın 71 ölkəsindən 500-ə yaxın cüdoçu mübarizə aparıb.

Xəbər 3363 dəfə oxunub.




11.11.2025  13:50 

Sərxoş sürücü saxlanıldı

11.11.2025  11:32 

Rusiya Odessanı vurdu

11.11.2025  10:55 

Rusiyada neft zavodu vuruldu


BÜTÜN XƏBƏRLƏR +