Təyyarənin göyərtəsində 20 nəfər olub - Açıqlama
DSX qəza ilə bağlı paylaşım edib
Türkiyə təyyarəsi qəzaya uğradı
Bakıda yaşayış binasında yanğın baş verib
Pakistanda güclü partlayış: Ölənlər var
Lamin Yamal millidən uzaqlaşdırıldı
Şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu
Sərxoş sürücü saxlanıldı
Trampdan Əhməd əl-Şaraaya 55 dollarlıq hədiyyə
Rusiya Odessanı vurdu


11.09.2020  12:10 

30 illik islamçı hakimiyyət tarixə qovuşur





A+  A-

Sudandakı 30 illik islamçı diktatorluğun xalq üsyanının ardından ordu tərəfindən devrilməsindən sonra keçid hökuməti ilə ən böyük üsyançı silahlı qrup arasında din və dövlət işlərinin ayrılması istiqamətində aparılan danışıqlarda bir bəyannamə imzalanıb.
XəzərNews.az-ın məlumatına görə, Efiopiyanın paytaxtı Əddis-Əbəbədə prinsiplər bəyannaməsini imzalayan Sudan Keçid Hökumətinin Baş Naziri Abdalla Hamdok və Sudan Xalq Qurtuluş Hərəkatı-Şimal Təşkilatının (SPLM-N) Hilu fraksiyasının lideri Əbdül Əziz əl Hilunun dövlət və dinin bir-birindən ayrılması məsələsində razılığa gəldikləri bildirilib.

30 illik islamçı hakimiyyətin sona çatması yönündə həlledici rol oynayacaq bəyannamədə “Sudanın bütün vətəndaşlarının hüquqlarının təmin olunduğu demokratik bir ölkə olması üçün dinlə dövlət arasında ayrılma prinsipi konstitusiyaya söykənməli, olmadığı təqdirdə öz müqəddəratını təyin etmə hüququna hörmət edilməlidir”,- deyə qeyd olunub.

Bəyannamədə Sudanda müxtəlifliyin tanınması və hörmət edilməsi prinsipi də yer alıb. “Dövlətin rəsmi dini olmayacaq. Heç bir vətəndaş dinə görə ayrıseçkiliyə məruz qalmayacaq. Sudan çox millətli, çox dinli və fərqli mədəniyyətlərin olduğu bir cəmiyyətdir. Bu müxtəlifliyin tam şəkildə tanınması və həyata keçirilməsi qəbul edilməlidir”,- deyə sənəddə bildirilib.

Bununla birlikdə, bir sıra müşahidəçilər və mütəxəssislər 6 maddəlik açıqlamanın ən mübahisəli nöqtəsinin dinlə dövlətin ayrılması prinsipi olduğunu bildirir və islamçı partiyaların buna reaksiya göstərəcəklərini proqnozlaşdırır.

Xəbər 3799 dəfə oxunub.



11.11.2025  13:50 

Sərxoş sürücü saxlanıldı

11.11.2025  11:32 

Rusiya Odessanı vurdu

11.11.2025  10:55 

Rusiyada neft zavodu vuruldu


BÜTÜN XƏBƏRLƏR +