Mədəniyyət Nazirliyi ilə bağlı nə baş verir?
Təyyarənin göyərtəsində 20 nəfər olub - Açıqlama
DSX qəza ilə bağlı paylaşım edib
Türkiyə təyyarəsi qəzaya uğradı
Bakıda yaşayış binasında yanğın baş verib
Pakistanda güclü partlayış: Ölənlər var
Lamin Yamal millidən uzaqlaşdırıldı
Şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu
Sərxoş sürücü saxlanıldı
Trampdan Əhməd əl-Şaraaya 55 dollarlıq hədiyyə


28.10.2019  20:04 

Baş Prokurorluq cəzası azaldılan sürücü ilə bağlı protest verdi





A+  A-

Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə cari il yanvarın 18-də paytaxtın Səbail rayonu ərazisində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq idarə etdiyi “Mazda” markalı 99-BD-702 dövlət qeydiyyat nişanlı avtomobillə Lalə Sadayzadənin ölümünə səbəb olmuş təqsirləndirilən şəxs Sabir Talıblının cinayət məsuliyyətindən azad edilərək məhkəmənin qərarı əsasında azadlığa çıxması ilə bağlı informasiyalar yer alıb.
Baş Prokurorluqdan XəzərNews.az-a verilən məlumata görə, araşdırmalarla müəyyən edilmişdir ki, Səbail rayon məhkəməsinin hökmü ilə Sabir Talıblı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyun 2019-cu il tarixli qərarı ilə S.Talıblıya təyin olunmuş 5 il 2 ay müddətinə azadlıqdan məhrum etmə əsas cəzası 4 il 6 aya endirilib və cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.

Baş Prokurorluq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının qeyd edilən qərarı ilə razılaşmayaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya protesti verib.

Cinayət işi üzrə məhkəmə baxışı 13 noyabr 2019-cu il tarixə təyin olunub.

Xəbər 2897 dəfə oxunub.




11.11.2025  13:50 

Sərxoş sürücü saxlanıldı

11.11.2025  11:32 

Rusiya Odessanı vurdu

11.11.2025  10:55 

Rusiyada neft zavodu vuruldu


BÜTÜN XƏBƏRLƏR +