Mədəniyyət Nazirliyi ilə bağlı nə baş verir?
Təyyarənin göyərtəsində 20 nəfər olub - Açıqlama
DSX qəza ilə bağlı paylaşım edib
Türkiyə təyyarəsi qəzaya uğradı
Bakıda yaşayış binasında yanğın baş verib
Pakistanda güclü partlayış: Ölənlər var
Lamin Yamal millidən uzaqlaşdırıldı
Şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu
Sərxoş sürücü saxlanıldı
Trampdan Əhməd əl-Şaraaya 55 dollarlıq hədiyyə


03.08.2019  12:09 

Ekologiya Nazirliyi “Azəravtoyol”u məhkəməyə verir





A+  A-

Bakı şəhəri, Yasamal rayonu Ş.Mehdiyev və Ə.Haqverdiyev küçələrində yol çəkilişi zamanı ağacların kəsilməsi və zədələnməsi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, araşdırma zamanı sözügedən ünvanda aparılan yol tikintisi ilə əlaqədar tikinti altına düşən ağacların ərazidən köçürülməsi ilə bağlı verilmiş ekspertiza rəyinin tələblərinə əməl olunmadığı məlum olub. Eyni zamanda, köçürülmə zamanı xüsusi texnikadan istifadə edilmədiyi, nəticədə ağacların bir qisminin zədələndiyi aşkar edilib.

Faktla bağlı "Azəravtoyol" Dövlət Agentliyi barəsində protokol tərtib olunub və toplanmış materiallar məhkəməyə hazırlanır.

Ərazidəki digər ağacların köçürülməsi zamanı aqrotexniki qaydalara əməl etmələri üçün Agentliyə icrası məcburi olan “məcburi göstəriş” verilib.

Xəbər 2706 dəfə oxunub.




11.11.2025  13:50 

Sərxoş sürücü saxlanıldı

11.11.2025  11:32 

Rusiya Odessanı vurdu

11.11.2025  10:55 

Rusiyada neft zavodu vuruldu


BÜTÜN XƏBƏRLƏR +