Mədəniyyət Nazirliyi ilə bağlı nə baş verir?
Təyyarənin göyərtəsində 20 nəfər olub - Açıqlama
DSX qəza ilə bağlı paylaşım edib
Türkiyə təyyarəsi qəzaya uğradı
Bakıda yaşayış binasında yanğın baş verib
Pakistanda güclü partlayış: Ölənlər var
Lamin Yamal millidən uzaqlaşdırıldı
Şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu
Sərxoş sürücü saxlanıldı
Trampdan Əhməd əl-Şaraaya 55 dollarlıq hədiyyə


15.12.2018  13:09 

“Bu əməliyyatı indi həyata keçirə bilməsək...” - Riskli proqnoz





A+  A-

Təhlükəsizlik və terror mütəxəssisi Abdullah Ağar Türkiyənin Fıratın şərqində həyata keçirəcəyi döyüş əməliyyatlarına münasibət bildirib.
XəzərNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, eskpert xatırladıb ki, Türkiyə “Zeytun budağı” əməliyyatı zamanı YPG və PKK ünsürlərini Münbiçə doğru qovub: “Bu zaman fransız və amerika əsgərləri müdaxilə edərək PKK əsgərlərini himayə etdi. DEAŞ-ı Suriyada məğlub edən Türkiyə Cümhuriyyətidir. Bunu Əl- Babda həyata keçirdi. Orada 2300 İŞİD-çini məhv etdik. Bəs, bu necə oldu? Amerika Rakka əməliyyatını dayandırdı və Fıratın ortasındakı bütün terrorçuları Əl-Bab bölgəsinə yönəltdi. Onlar Suriya rejiminə məxsus ən böyük hərbi hissəni keçdilər. Bəs, silahları haradan aldılar? Niyə heç bir ölkə buna müdaxilə etmədi? Axı onların yeri- yurdu bəlli idi. 2 Amerika və 2 Rusiya hərbi təyyarəsi onları bombalaya bilərdi. Amma etmədilər”.

Ağarın sözlərinə görə, Fıratın şərqinə ediləcək əməliyyat böyük risk tələb edir: “Bu hərəkatda həssas nöqtələrimiz test ediləcək. Böyük bir mücadilə verəcəyik, amma bunu etmək məcburiyyətindəyik. Əgər etməsək, qorxuram ki, Türkiyəni bölə bilərlər. Bu əməliyyatı indi həyata keçirə bilməsək, gələcəkdə bu vətəni istədiyimiz kimi övladlarımıza əmanət edə bilməyəcəyik. Keçmişdə atalarımız necə mübarizə aparıbsa, biz də bu mübarizəni davam etdirməliyik. Mən bu gün Türkiyənin bir var olma mübarizəsi apardığını düşünürəm”.

Xəbər 2951 dəfə oxunub.



11.11.2025  13:50 

Sərxoş sürücü saxlanıldı

11.11.2025  11:32 

Rusiya Odessanı vurdu

11.11.2025  10:55 

Rusiyada neft zavodu vuruldu


BÜTÜN XƏBƏRLƏR +