Təyyarənin göyərtəsində 20 nəfər olub - Açıqlama
DSX qəza ilə bağlı paylaşım edib
Türkiyə təyyarəsi qəzaya uğradı
Bakıda yaşayış binasında yanğın baş verib
Pakistanda güclü partlayış: Ölənlər var
Lamin Yamal millidən uzaqlaşdırıldı
Şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu
Sərxoş sürücü saxlanıldı
Trampdan Əhməd əl-Şaraaya 55 dollarlıq hədiyyə
Rusiya Odessanı vurdu


02.11.2018  12:46 

Hökumət elm xərclərini artırır





A+  A-

Növbəti ildə elm xərclərinə 133,5 milyon manat vəsait nəzərdə tutulub ki, bu da 2018-ci illə müqaisədə 5,3 milyon manat və ya 4,3 faiz çoxdur.
XəzərNews.az xəbər verir ki, bu barədə “2019-cu ilin büdcə zərfi”ndə qeyd edilib.

Bildirilir ki, həmin xərclər fundamental elmi tədqiqatlarla məşğul olan təşkilatların idarə edilməsi, konkret praktiki məqsədlərə nail olmaq üçün yeni biliklərin əldə edilməsi, istifadəsi, qurğuların yaradılması, yeni proseslərin sistemlərin və xidmətlərin tətbiqi və təkmilləşdirilməsi, qeyri-dövlət elmi tədqiqat təşkilatları tərəfindən həyata keçirilən fundamental tədqiqatlara yardım üzrə xərclərin maliyyələşdirilməsinə yönəldiləcək.

Növbəti ilin dövlət büdcəsində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fonduna 4 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2018-ci illə eyni səviyyədədir.

2019-cu ildə elm xərcləri üzrə proqram və tədbirlərin həyata keçirilməsi üçün 1,3 milyon manat vəsait nəzərdə tutulub.

Xəbər 3433 dəfə oxunub.



11.11.2025  13:50 

Sərxoş sürücü saxlanıldı

11.11.2025  11:32 

Rusiya Odessanı vurdu

11.11.2025  10:55 

Rusiyada neft zavodu vuruldu


BÜTÜN XƏBƏRLƏR +