Təyyarənin göyərtəsində 20 nəfər olub - Açıqlama
DSX qəza ilə bağlı paylaşım edib
Türkiyə təyyarəsi qəzaya uğradı
Bakıda yaşayış binasında yanğın baş verib
Pakistanda güclü partlayış: Ölənlər var
Lamin Yamal millidən uzaqlaşdırıldı
Şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu
Sərxoş sürücü saxlanıldı
Trampdan Əhməd əl-Şaraaya 55 dollarlıq hədiyyə
Rusiya Odessanı vurdu


28.02.2018  10:58 

Maşın bazarındakı VƏZİYYƏT





A+  A-

Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il qərarına əsasən, yanvarın 1-dən etibarən Azərbaycana idxal edilən minik avtomobillərinə tətbiq edilən idxal gömrük rüsumu artıb. Gömrük rüsumlarının artması avtomobil bazarında qiymətlərin artmasına səbəb olub. Bəs hazırda avtomobil bazarında vəziyyət necədir? Daha çox hansı ölkələrin avtomobillərinə üstünlük verilir?
XəzərNews.az-ın xəbərinə görə, məsələ ilə bağlı Modern.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Ramil Osmanlı deyib ki, bazarda daha çox tələbat olan avtomobillər neçə illərdir dəyişməyən bir konnekturadır.

“Belə avtomobillər üzrə ilk beşliyi Yaponiyanın iki markası- “Toyota” və “Nisan”, Cənubi Koreyanın iki markası - “Hyundai”və “KİA”, Rusiya istehsalı olan avtomobillər tutur.

İkinci-əl avtomobil bazarında isə hələ ki Almaniyadan gətirilən “Mercedes” markalı avtomobillər digər rəqiblərini üstələyir”.

O bildirib ki, ilin əvvəlində qiymət artımı baş versə də, son 15 gündə bazarda qiymətlərin nisbi azalması müşahidə edilir.

“Bu da təbii ki, tələb və təklif strukturu arasındakı ciddi fərqlə əlaqəlidir. Tələb aşağıdır, təklif çoxdur. Ona görə də qiymətlər yenidən azalmaya doğru gedir. Amma azalma ötən dövrlərdə olan artımla müqayisədə aşağıdır. Avtomobillər bazarlarında hələ də durğunluq davam edir”.

Xəbər 3540 dəfə oxunub.




11.11.2025  13:50 

Sərxoş sürücü saxlanıldı

11.11.2025  11:32 

Rusiya Odessanı vurdu

11.11.2025  10:55 

Rusiyada neft zavodu vuruldu


BÜTÜN XƏBƏRLƏR +