Bakıda yaşayış binasında yanğın baş verib
Pakistanda güclü partlayış: Ölənlər var
Lamin Yamal millidən uzaqlaşdırıldı
Şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu
Sərxoş sürücü saxlanıldı
Trampdan Əhməd əl-Şaraaya 55 dollarlıq hədiyyə
Rusiya Odessanı vurdu
Rəşad Dağlı həbsdən azad olunub?
Mehdiyev Memarlıq İttifaqını necə ələ keçirdi?
Rusiyada neft zavodu vuruldu


11.01.2018  12:05 

Bu yollara yeni radar və kameralar yerləşdirilir





A+  A-

Ölkə ərazisində olan magistral yollarda radar və kameraların quraşdırılması prosesi davam etdirilir. Hazırda işlər Bakı-Şamaxı-Yevlax magistral yolunun Göyçay ərazisindən keçən hissəcində aparılır.
XəzərNews.az-ın Avtosfer.az-a istinadən məlumatına görə, yollarda texnikalar qoyulub, təmir işləri aparılır. Səbəb magistral yollarda radar və videokamera sistemlərinin quraşdırılmasıdır. Radarsız və videomüşahidəsiz yollarda daha çox qəzaların olması bu işin aparılması işinin vacibliyini artırıb. Yollarda bu kimi tədbirlərin görülməsinə isə ən çox sevinən sürücülərdir. Sürücülərin sözlərinə görə, bu yolda radar və kameranın olmaması səbəbindən sürət həddi aşılır və ölümlə nəticələnən qəzalar baş verirdi.

Yolda quraşdırılan cihazlar vasitəsilə axtarışda olan maşınları, həmçinin müxtəlif vaxtlarda qayda pozuntusuna yol vermiş avtomobilləri də müəyyənləşdirmək olacaq. Həmçinin, ağıllı videokamera sistemi nömrə oxuma qabiliyyətinə də malik olacaqdır.

Göyçay ərazisində işlər tam yekunlaşandan sonra növbəti hədəf Ağsu dolayları olacaq. Burda da radar və kameralar quraşdırlacaq.

May ayında magistral yol boyunca işlər tamamilə başa çatacaq.

Xəbər 3183 dəfə oxunub.



11.11.2025  13:50 

Sərxoş sürücü saxlanıldı

11.11.2025  11:32 

Rusiya Odessanı vurdu

11.11.2025  10:55 

Rusiyada neft zavodu vuruldu

07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto


BÜTÜN XƏBƏRLƏR +