Təyyarənin göyərtəsində 20 nəfər olub - Açıqlama
DSX qəza ilə bağlı paylaşım edib
Türkiyə təyyarəsi qəzaya uğradı
Bakıda yaşayış binasında yanğın baş verib
Pakistanda güclü partlayış: Ölənlər var
Lamin Yamal millidən uzaqlaşdırıldı
Şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu
Sərxoş sürücü saxlanıldı
Trampdan Əhməd əl-Şaraaya 55 dollarlıq hədiyyə
Rusiya Odessanı vurdu


06.03.2017  16:56 

İnternet pulunun ödənilməsində YENİLİK





A+  A-

“Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti Xaçmaz Telekommunikasiya Qovşağının xidməti ərazisində internet istifadəçiləri üçün xidmət haqqının ödənilməsində yeni qaydalar tətbiq edəcək.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, “aztelekom.net” internet provayderinə qoşulan yeni və mövcud istifadəçilər aylıq istifadə haqqını ödədiyi zamandan (saat, gün) etibarən xidmət aktiv ediləcək və 1 ay ərzində istifadə müddəti bitdiyi gün (saat, gün) son istifadə tarixi kimi qeyd olunacaq.
Aylıq abunə haqqı bitdiyi tarixdə xidmət avtomatik olaraq deaktiv ediləcək və ödəniş aparılmadığı müddət üçün borc hesablanmayacaq.
İstənilən zaman istifadə haqqını ödəməklə xidmət yenidən aktiv ediləcək və həmin gündən etibarən hesablanma aparılacaq.
Məsələn, istifadəçi xidmət haqqını həmişə olduğu kimi ayın 14-də deyil, 25-də ödəyərsə, internet xidməti həmin gündən aktiv ediləcək və növbəti ayın 25-dək internetdən istifadə edə biləcək.

Xəbər 4426 dəfə oxunub.




11.11.2025  13:50 

Sərxoş sürücü saxlanıldı

11.11.2025  11:32 

Rusiya Odessanı vurdu

11.11.2025  10:55 

Rusiyada neft zavodu vuruldu


BÜTÜN XƏBƏRLƏR +