Bakıda yaşayış binasında yanğın baş verib
Pakistanda güclü partlayış: Ölənlər var
Lamin Yamal millidən uzaqlaşdırıldı
Şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu
Sərxoş sürücü saxlanıldı
Trampdan Əhməd əl-Şaraaya 55 dollarlıq hədiyyə
Rusiya Odessanı vurdu
Rəşad Dağlı həbsdən azad olunub?
Mehdiyev Memarlıq İttifaqını necə ələ keçirdi?
Rusiyada neft zavodu vuruldu


27.02.2017  16:49 

“Tramp Qarabağ münaqişəsinin həllinə mane olur“





A+  A-

“Qarabağ cəbhəsində irimiqyaslı hərbi əməliyyatların başlanması riski kifayət qədər yüksəkdir. Bu ilin yazında döyüşlərin intensivliyi çoxala bilər”.
XəzərNews.az-ın məlumatına görə, bunu haqqın.az-a açıqlamasında britaniyalı jurnalist, tanınmış analitik Tomas De Vaal bildirib.
Onun sözlərinə görə, yaz ayları Dağlıq Qarabağda müharibə aparılması üçün daha münasib vaxtdır. Ekspert hesab edir ki, tərəflər (Azərbaycan və Ermənistan) danışıqların davam etdirilməsinin zəruriliyinin başa düşsə də, buna mene olan amillər var.

“Ermənistanda keçiriləcək parlament seçkiləri və Donald Trampın prezident seçkilərində qələbə qazanması buna mane olur”-deyə əlavə edib.

Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını hərbi qulluqçularımız - Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğlu şəhid olub.

Onların nəşlərinin döyüş meydanından çıxarılması məqsədilə ATƏT və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələrinin vasitəçiliyi ilə fevralın 26-da saat 12.00-da müvafiq tədbirlərin həyata keçirilməsi planlaşdırılırdı.

Azərbaycanın Müdafiə Nazirliyi bəyan edib ki, meyitlərin çıxarılması proseduru başlayanda Ermənistan beynəlxalq vasitəçilərin iştirakı ilə əvvəlcədən əldə edilmiş razılığın şərtlərini pozub. Və əməliyyatın keçirilməsinə mane olmaq məqsədilə bilərəkdən qəbuledilməz yeni tələblər irəli sürüb.

Xəbər 6271 dəfə oxunub.




11.11.2025  13:50 

Sərxoş sürücü saxlanıldı

11.11.2025  11:32 

Rusiya Odessanı vurdu

11.11.2025  10:55 

Rusiyada neft zavodu vuruldu

07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto


BÜTÜN XƏBƏRLƏR +