Trampdan Əhməd əl-Şaraaya 55 dollarlıq hədiyyə
Rusiya Odessanı vurdu
Rəşad Dağlı həbsdən azad olunub?
Mehdiyev Memarlıq İttifaqını necə ələ keçirdi?
Rusiyada neft zavodu vuruldu
Sakinləri qorxuya salan 100 yaşlı bina -VİDEO
Mehdiyev klanının ikinci adamı həbs oluna bilər -FOTO
Zakir Qaralovun şirkətlərinin vergi borcu artır
Rusiya ordusu daha 3 kəndi işğal edib
Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb -VİDEO


31.08.2025  00:27 

Nadir Qafarzadə: “Xanımım, övladlarım, gəlinim dedi ki...“





A+  A-

Xəbər verdiyimiz kimi, müğənni Nadir Qafarzadə ötən gün Rusiyaya uçan zaman hava limanında saxlanılıb.

XəzərNews.az xəbər verir ki, Axşam.az-a açıqlama verən sənətçi hava limanında bir neçə saat hava limanında gözlədildiyini bildirib:

"Evdən çıxanda yoldaşımın mənə kədərli gözlə baxmasını unutmuram. Oğlum, gəlinim, xanımım dedilər ki, getmə. Dedim, söz vermişəm, getməliyəm. Beh almışam, o kişi məni gözləyir. Mənə görə toy planı qurublar. Toy alt-üst olacaq. Düzdür, tək getmirəm, başqa ifaçı da var. Burada mənim üçün pul önəmli deyildi. Etibarım önəmli idi. Məclisin sahibinin çarəsiz qalmaması önəmli idi. Allah köməyimiz oldu. Burada söhbət qanuna riayət edib, etməmək deyildi. Getməyə də bilərdim. Amma 5-6 ay əvvəl beh verib, bilet alıblar. Neçə gündür yazıblar ki, gəlirsiniz? Pul yox, məsuliyyətdir. Pul olmasa da olar, əsas verilən sözdür. Mən heç nədən qorxmuram, 54 yaşım var. İnşallah, sağ-salamat evimə qayıdaram. Çünki bir neçə gün sonra mənim də evimdə toy olacaq".

Xəbər 3385 dəfə oxunub.




11.11.2025  11:32 

Rusiya Odessanı vurdu

11.11.2025  10:55 

Rusiyada neft zavodu vuruldu

07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto


BÜTÜN XƏBƏRLƏR +