Təyyarənin göyərtəsində 20 nəfər olub - Açıqlama
DSX qəza ilə bağlı paylaşım edib
Türkiyə təyyarəsi qəzaya uğradı
Bakıda yaşayış binasında yanğın baş verib
Pakistanda güclü partlayış: Ölənlər var
Lamin Yamal millidən uzaqlaşdırıldı
Şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu
Sərxoş sürücü saxlanıldı
Trampdan Əhməd əl-Şaraaya 55 dollarlıq hədiyyə
Rusiya Odessanı vurdu


25.07.2025  12:36 

İlknur yenə cəzalandırıldı - Bu qədər pul ödəməlidir





A+  A-

Binəqədi Qəsəbə Bələdiyyəsinin sabiq sədri Aytac Əliyeva ilə birgə məhkum edilmiş bacısı İlknur Turkut növbəti dəfə cəzalandırılıb.

XəzərNews.az Qafqazinfo-ya istinadla xəbər verir ki, İlknur Turkut dələduzluqla pullarını və qızıllarını ələ keirdiyi Nurənə Məmmədova tərəfindən məhkəməyə verilib.

Nurənə Məmmədova cavabdehdən maddi ziyana görə 37 min 500 manat, mənəvi ziyana görə isə 5 min min manat tələb edib. Hazırda həbsdə olan İlknur isə məhkəmədə iştirakdan imtina edib. İddiaya münasibət bildirməyib.

Məhkəmə zərərçəkmişin təqdim etdiyi sənədləri araşdırdıqdan sonra qərarını açıqlayıb.

İddia tələbi yalnız maddi hissədə təmin edilib. İlknur Turkutdan zərərçəkmişin xeyrinə 37 min 500 manat tutulmasına qərar verilib. İ.Turkut qərarı icra etməsə, zərərçəkmiş tərəf onun yenidən cinayət məsuliyyətinə cəlb edilməsi üçün müraciət edə bilər.

Qeyd edək ki, İlknur və bacısı Aytac Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirli bilinib. Aytaca 7, İlknura 6 il həbs cəzası verilib.

Xəbər 1144 dəfə oxunub.



11.11.2025  13:50 

Sərxoş sürücü saxlanıldı

11.11.2025  11:32 

Rusiya Odessanı vurdu

11.11.2025  10:55 

Rusiyada neft zavodu vuruldu


BÜTÜN XƏBƏRLƏR +