Rəqib yoruldu və nəticə belə oldu -Savo Vuçeviç
Arif Zeynalovun bahalı avtomobillərinə həbs qoyuldu
Hərbi xidmət müddəti 6 ay azaldılır
Tramp BBC-ni məhkəməyə verəcək?
İmamoğluna 2352 il həbs cəzası veriləcək?
“Kurtlar Vadisi“nin Elifi ölümdən döndü
Qalmaqallı estetik mərkəzilə bağlı cinayət işi açıldı
Nəsimi rayonuna yeni icra başçısı təyin edilib
Qaxa da yeni İcra başçısı təyin olundu
Kürdəmirin İcra başçısı vəzifəsindən azad edilib


02.05.2025  15:28 

Ukrayna rusiyalı iş adamının aktivlərini blokladı





A+  A-

Ukrayna bir sıra Rusiya şirkətlərinin aktivlərini bloklayıb və lisenziyalarına xitam verib.

XəzərNews.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski sanksiyaların tətbiqi ilə bağlı fərman verib.

Onların arasında “Novatek” qrupunun 19 Rusiya enerji şirkəti, Rusiya Federasiyasına titan tədarük edən dörd şirkət və rusiyalı iş adamı Vladimir Lisinin iki metallurgiya şirkəti – “Voljski abraziv zavodu” və “Volqaburmaş” var.

Sanksiyalar aktivlərin bloklanması – fiziki və ya hüquqi şəxsə birbaşa və ya dolayısı ilə məxsus olan aktivlərdən istifadə və sərəncam hüququndan müvəqqəti məhrumetmə, ticarət əməliyyatlarının tam dayandırılması, Ukrayna ərazisindən resurs tranzitinin, uçuşların və daşımaların tamamilə dayandırılması, Ukraynadan kənara kapital axınının qarşısının alınması, iqtisadi və maliyyə öhdəliklərinin yerinə yetirilməsi üçün icazələrin və digər icazələrin dayandırılması daxildir.

Xəbər 4623 dəfə oxunub.



12.11.2025  17:08 

Şagird müəllimini döydü

12.11.2025  16:32 

Milli birlik naminə... - 44 gün

12.11.2025  11:09 

72 klinikada nöqsanlar aşkarlandı


BÜTÜN XƏBƏRLƏR +