Bakıda yaşayış binasında yanğın baş verib
Pakistanda güclü partlayış: Ölənlər var
Lamin Yamal millidən uzaqlaşdırıldı
Şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu
Sərxoş sürücü saxlanıldı
Trampdan Əhməd əl-Şaraaya 55 dollarlıq hədiyyə
Rusiya Odessanı vurdu
Rəşad Dağlı həbsdən azad olunub?
Mehdiyev Memarlıq İttifaqını necə ələ keçirdi?
Rusiyada neft zavodu vuruldu


31.07.2024  13:08 

Hesablama Palatasının növbəti iclası keçirilib





A+  A-

Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilib.

Xəzərnews.az xəbər verir ki, bu barədə Palata məlumat yayıb.

İclasda ilk öncə “Qida Təhlükəsizliyi Agentliyinin və onun tabeli qurumlarının fəaliyyətlərinin qənaətliliyinin, səmərəliliyinin və nəticəliliyinin qiymətləndirilməsi”nə dair kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələri haqqında Auditor hesabatı” müzakirə edilib. Müzakirədə Agentliyin sədr müavini Əziz Şərifov və aparat rəhbəri Elxan Mikayılov da iştirak ediblər. Onlar auditin nəticələrinin fəaliyyətin təkmilləşdirilməsinə xidmət edəcəyini, Palatanın tövsiyələrinin nəzərə alınacağını qeyd ediblər. Müzakirələrin nəticəsində auditor hesabatının təsdiq olunmasına dair qərar qəbul olunub.

Daha sonra “Naxçıvan" TV tərəfindən dövlət vəsaitinin, dövlət əmlakının və büdcədənkənar daxilolmaların istifadəsinin auditinə dair auditor hesabatı” müzakirə olunub. Müzakirələrin nəticəsinə əsasən auditor hesabatının təsdiq olunmasına, aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə zəruri işlərin görülməsinə, habelə audit sübutları ilə dövlət vəsaitindən və dövlət əmlakından istifadədə aşkar edilmiş çoxsaylı hüquq pozmalarda cinayət tərkibi əlamətlərinin ehtimal olunması nəzərə alınmaqla müvafiq materialların Baş Prokurorluğa göndərilməsinə dair qərar qəbul olunub.



Xəbər 6492 dəfə oxunub.



11.11.2025  13:50 

Sərxoş sürücü saxlanıldı

11.11.2025  11:32 

Rusiya Odessanı vurdu

11.11.2025  10:55 

Rusiyada neft zavodu vuruldu

07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto


BÜTÜN XƏBƏRLƏR +