DSX qəza ilə bağlı paylaşım edib
Türkiyə təyyarəsi qəzaya uğradı
Bakıda yaşayış binasında yanğın baş verib
Pakistanda güclü partlayış: Ölənlər var
Lamin Yamal millidən uzaqlaşdırıldı
Şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu
Sərxoş sürücü saxlanıldı
Trampdan Əhməd əl-Şaraaya 55 dollarlıq hədiyyə
Rusiya Odessanı vurdu
Rəşad Dağlı həbsdən azad olunub?


21.03.2024  11:26 

Pakistanda nazirlər maaş almaqdan imtina ediblər





A+  A-

Pakistanın Baş naziri Şahbaz Şərif və nazirlər hökumət xərclərini azaltmağa yönəlmiş qənaət tədbirləri çərçivəsində maaş və güzəştlərdən könüllü olaraq imtina ediblər.

Xəzərnews.az xəbər verir ki, bu barədə “Pakistan Today” qəzeti məlumat yayıb.

Bundan əvvəl bu həftə Pakistan Prezidenti Asif Əli Zərdari də maaş və güzəştlərdən imtina edib.

Hökumət xərclərinə qənaət etmək üçün tədbirlərin görülməsi Pakistanda fevral ayında keçirilən parlament seçkilərindən sonra formalaşan Şahbaz Şərifin rəhbərlik etdiyi yeni federal hökumətin ilk addımlarından biri olub.

Bazar ertəsi Nazirlər Kabineti dövlət büdcəsinə qənaət etmək məqsədilə nazirlərin və hökumət nümayəndələrinin xaricə səfərlərini məhdudlaşdırıb, həmçinin belə səfərlər üçün yeni qaydalar tətbiq edib.

Nazirlər, onların müşavirləri və köməkçiləri ildə üç dəfədən çox olmamaqla və yalnız milli büdcəyə qənaəti təmin edən hökumət komitəsinin, habelə Xarici İşlər Nazirliyinin icazəsi ilə xaricə getməlidirlər.

Bu məhdudiyyət Xarici İşlər Nazirliyi və Daxili İşlər Nazirliyinin nümayəndələrini də əhatə edir. Xaricə səyahət edərkən onlara beşulduzlu otellərdə qalmaq da qadağandır.

Nazirlərin və məmurların xarici ölkələrə səfərlərini azaltmaq üçün Pakistanın xaricdəki səfirliklərinə diplomatları beynəlxalq forum və tədbirlərə mümkün qədər geniş şəkildə cəlb etmək tövsiyə olunur.

Xəbər 2718 dəfə oxunub.



11.11.2025  13:50 

Sərxoş sürücü saxlanıldı

11.11.2025  11:32 

Rusiya Odessanı vurdu

11.11.2025  10:55 

Rusiyada neft zavodu vuruldu


BÜTÜN XƏBƏRLƏR +