Meyitdən ürək köçürülən gənc evə buraxıldı
Həbs edilən icra başçısı apellyasiya şikayəti verməkdən imtina edib
İstənilən anda yıxıla bilərik...-Sebastyan
Bu şəhərdə qan su yerinə axır
“Suverenlik Yolunda Təhsil Missiyası” bu dəfə Tərtərdə
Bu avtomobillərin aksiz dərəcəsi artırılır
Deputatı ömürlük həbs cəzası gözləyir
Əli Xameneinin şəklini yandırdı, başından güllələndi
Bloger yerli sakinlərin etirazı ilə qarşılandı - Səbəb?
Kürəkənə 10 il iş verildi


13.09.2023  09:51 

Putinin Qarabağ mesajı: Xankəndi üçün son mərhələ başlayır





A+  A-

Putinin müharibədən öncə baş verən Qarabağ danışıqları haqda dedikləri bizim üçün o qədər də əhəmiyyətli deyil, çünki bu məsələlər artıq keçmişdə qalıb.

Bunu indi niyə gündəmə gətirməsinin isə iki mümkün səbəbi görünür:

Birincisi, Moskva Ermənistanda hakimiyyət dəyişikliyinə getmək planını aktivləşdirir, xüsusilə Nikolun son gedişlərindən sonra. Və bu prosesdə "Qarabağ kartı”ndan istifadə istəkləri aydın görünür. Putin, belə demək mümkünsə, fitili yandırır və Paşinyanı hədəf göstərir;

İkincisi, Qarabağın erməni əhalisinin yaşadığı ərazilərin taleyi ilə bağlı son mərhələyə qədəm qoyulub və yaxın dövrdə yekunlaşacağı istisna deyil. Ağdam-Xankəndi marşrutundan ilk keçid bu prosesi bir qədər də yaxınlaşdırdı; Rusiya onu "hami” rolunda görən ermənilərə deyir ki, "biz çox çalışdıq, amma Paşinyan bütün oyunu pozdu” və bununla statusun niyə olmadığını da izah etməyə çalışırlar;

Azərbaycan üçün əsas məqam Qarabağdakı hazırki vəziyyətlə bağlı dedikləridir. Rusiya prezidenti "humanitar problemlərdən, sülhməramlıların mandatından, etnik təmizləmədən” danışır və əlavə edir ki, rəsmi Bakı heç bir etnik təmizləmədə maraqlı deyil. Bu, Azərbaycana həm "kökə”, həm "kötək” göstərmək cəhdidir, yəni vəziyyətə uyğun mövqe sərgiləyəcəklər. Aydın görünür ki, Qarabağda son mərhələ ərəfəsində Moskva bölgədəki maraqları çərçivəsində razılaşmaq istəyir.

Asif Nərimanlı

Xəbər 3158 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.11.2025  19:39 

Bu şəhərdə qan su yerinə axır

03.11.2025  15:25 

Kürəkənə 10 il iş verildi

03.11.2025  14:44 

“Şəbnəmdən zəhləm gedir”


BÜTÜN XƏBƏRLƏR +