Deputatı ömürlük həbs cəzası gözləyir
Əli Xameneinin şəklini yandırdı, başından güllələndi
Bloger yerli sakinlərin etirazı ilə qarşılandı - Səbəb?
Kürəkənə 10 il iş verildi
Almaniya lazer silahını sınaqdan keçirib -FOTO
İcra başçısı həbs edilmiş müavini ilə Lənkəranda da birgə işləyib...
Daha bir məktəbdə monitorinq keçirilib
Prezident Göyçə gölündən danışdı
Xəzər” adında dəniz yoxdur, amma...-Məhəmmədi
Hərbi parad təşkil ediləcək - Prezident


04.06.2020  13:11 

Polis suda boğulan azyaşlını xilas etdi





A+  A-


DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan XəzərNews.az-a verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları Etibar Əmirov və Elman Əhmədov şəhər ərazisində xidmət aparan zaman bir azyaşlının su kanalında boğulduğunu görüblər.

Etibar Əmirov dərhal həmin azyaşlını sudan çıxarıb, ona ilkin tibbi yardım göstərib. Kiçik yaşlı uşağın həyati təhlükəsi nəzərə alınaraq, polis əməkdaşı vaxt itirmədən öz şəxsi avtomobili ilə onu Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Həkimlərin də müdaxiləsi ilə körpənin həyatı xilas edilib.
Polis əməkdaşları azyaşlının valideynləri ilə profilaktik söhbətlər aparıb, nəzarətsiz buraxmamaları barədə təlimatlandırıblar. Uşağın valideynləri də övladlarının həyatını xilas etdiyi üçün asayiş keşikçisinə öz minnətdarlıqlarını bildiriblər.

Xəbər 3611 dəfə oxunub.




03.11.2025  15:25 

Kürəkənə 10 il iş verildi

03.11.2025  14:44 

“Şəbnəmdən zəhləm gedir”

01.11.2025  18:58 

Sabiq nazir həbs olundu


BÜTÜN XƏBƏRLƏR +