200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


22.12.2022  10:00 

Dmitri Roqozin Donetskdə güllələndi





A+  A-

Ukrayna ordusunun Donetski atəşə tutması nəticəsində hərbi məsləhətçilər qrupunun rəhbəri Dmitri Roqozin yaralanıb və xəstəxanaya yerləşdirilib.

XəzərNews.az xəbər verir ki, Roqozin Donetsk şəhərinin kənarındakı otelin atəşə tutulması nəticəsində yaralanıb.

Məlumata görə, Roqozin kürəyindən yaralanıb və xəstəxanaya yerləşdirilib, hazırda həyat üçün heç bir təhlükə yoxdur. Onu müşayiət edən şəxslər də yaralanıb.

Roqozinin köməkçisinin sözlərinə görə, zərbə açıq şəkildə hədəfə alınıb.

Ekspertlər isə zərbə zamanı Fransanın 155 millimetrlik SEZAR özüyeriyən artilleriya qurğusundan istifadə edildiyinə əmindirlər.

Qeyd edək ki, Rusiyanın “Roskosmos” dövlət korporasiyasının keçmiş rəhbəri Dmitri Roqozininin ad gününü qeyd etdiyi otelin restoranı atəşə tutulub.

Restoranın atəşə tutulması nəticəsində qondarma “DXR” hökumətinin sədri Vitali Xotsenko yaralanıb, onun mühafizəçisi ölüb.

Qeyd edək ki, Dmitri Roqozin bir müddət Rusiya-Azərbaycan hökumətlərarası komissiyanın həmsədri də olub.

XəzərNews.az

Xəbər 1059 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +