200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


26.05.2021  10:18 

Qərb Suriyadakı seçkiləri azad hesab etməkdən imtina etdi





A+  A-

ABŞ, Böyük Britaniya, Fransa, Almaniya və İtaliya Suriyadakı seçkiləri azad və ədalətli hesab etməkdən imtina edib və beynəlxalq ictimaiyyəti onları tanımamağa çağırıb.
XəzərNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə beş ölkənin XİN başçılarının birgə bəyanatında deyilir.

“Biz - Fransa, Almaniya, İtaliya, Böyük Britaniya və ABŞ-ın xarici işlər nazirləri aydın şəkildə bəyan etmək istəyirik ki, mayın 26-da Suriyada keçiriləcək prezident seçkiləri nə azad, nə də ədalətlidir”, - xarici işlər nazirləri vurğulayıb.

Bəyanatda deyilir ki, ABŞ, Böyük Britaniya, Fransa, Almaniya və İtaliya suriyalıları, vətəndaş cəmiyyəti təşkilatlarını və Suriya müxalifətini dəstəkləyir, hansılar ki, həmçinin seçkilərin qanunsuz olduğunu bəyan edirlər. XİN başçıları, həmçinin qeyd ediblər ki, seçki prosesini etibarlı etmək lazımdır, bundan ötrü isə ölkədə bütün vətəndaşların, o cümlədən məcburi köçkünlər, qaçqınlar və diaspor üzvlərinin seçkilərdə iştirakına imkan vermək və onlar üçün təhlükəsiz şərait yaratmaq lazımdır.

Qeyd edək ki, Suriyada prezident seçkiləri mayın 26-sı saat 07:00-dan 19:00-dək 10 mindən çox seçki məntəqəsində keçiriləcək.

Xəbər 1731 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +