200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


21.05.2021  13:22 

Ermənistan XİN rəhbəri istefaya hazırlaşır





A+  A-

Ermənistan Xarici İşlər Nazirliyində Azərbaycanla sərhədlərin demarkasiya və delimitasiya sənədinin imzalanması məlum olduqdan sonra gərgin vəziyyət hökm sürür.
XəzərNews.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti mənbələrinə istinadən yazır.

Nəşr XİN rəhbəri Ara Ayvazyanın sənəd barədə Düşənbədə KTMT Nazirlər Şurasının iclasında iştirak edərkən məlumat aldığını qeyd edir. Onun vəkili Avet Adonts əvvəllər Gorisdə jurnalistlərə açıqlamasında Xarici İşlər Nazirliyinin razılaşmanın hazırlanmasından xəbərdar olmadığını bildirmişdi.

XİN rəsmilərinin müvəqqəti Baş nazir Nikol Paşinyanın davranışından son dərəcə narazı olduğu bildirilir. Ayvazyan və onun müavinləri istefa barədə düşünürlər.

Qəzetin yazdığına görə, Düşənbədə Ayvazyan digər ölkələrdən olan həmkarlarına İrəvana qayıtdıqdan sonra istefa məktubu yazacağını söyləyərək vidalaşıb.

Ermənistan hökuməti isə onun istefasının qarşısını almağa çalışır. Paşinyanın Ermənistan Xarici İşlər Nazirliyinin nəhəng diplomatik iş apardığını söyləməsi məhz buna yönəlmişdi. Bu “təriflər” Ayvazyanın istefasının qarşısını almaq məqsədi daşıyırdı.

“Hraparak” qeyd edir ki, Ayvazyan sənədin hazırlanmasında ümumiyyətlə iştirak etməyib, bu prosesə təhlükəsizlik qüvvələri cəlb olunub.

Bəzi şayiələrə görə, Nikol Paşinyan danışıqları diplomatik korpusdan gizli şəkildə aparıb. Danışıqlar barədə yalnız Baş nazirin müavini Tiqran Avinyan və Baş nazir administrasiyasının rəhbəri Arsen Torosyan məlumatlı olub.

Xəbər 2193 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +