200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


25.06.2020  10:43 

Rusiyada referendum səsverməsi keçirilir





A+  A-

Rusiyada bu gün Konstitusiyaya ediləcək dəyişikliklərə dair ümumxalq səsverməsi başlayıb.
XəzərNews.az “Lenta.ru”ya istinadən xəbər verir ki, səhər saat 08:00-dan etibarən Moskvada və digər bölgələrdə seçki məntəqələri açılıb. Vətəndaşlar 7 gün ərzində, yəni iyulun 1-nə qədər hər gün saat 08:00-dan 20:00-a qədər məntəqələrə gəlib səs verə bilərlər. Daha bir milyona yaxın vətəndaş isə internet üzərindən 2020og.ru portalı vasitəsi ilə məntəqəyə gəlmədən səs verə biləcək.

Ölkə üzrə ümumilikdə 96,5 min səsvermə məntəqəsi açılıb. Səslərin sayılması iyulun 1-i axşam saatlarında bütün məntəqələr bağlanandan sonra başlayacaq.

Qeyd edək ki, səsvermənin bir neçə günə uzadılması koronavirus epidemiyası zamanı sanitariya qaydalarına riayət edilməsi üçün Mərkəzi Seçki Komissiyası tərəfindən təklif edilmişdi. Məntəqələrə gələn vətəndaşların temperaturu ölçüləcək, həmçinin sosial məsafəyə əməl olunmasına nəzarət ediləcək.

Xəbər 1379 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +