200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


20.02.2020  08:41 

Ukrayna müxalifəti hökumətin istefasını tələb edir





A+  A-

Ukrayna parlamentinin “Müxalif platforma – Həyat üçün” partiyası hökumətin istefasını tələb edib.
XəzərNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, buna səbəb Nazirlər Kabinetinin koronavirusa görə Çindən ukraynalılarla yanaşı, digər dövlətlərin vətəndaşlarının da təxliyyə edilməsi haqda qərarı olub. Belə ki, Ukrayna Çindən digər ölkələrin də vətəndaşları daxil olmaqla 73 nəfəri təxliyyə edib və onların olduğu təyyarə bu gün Kiyevə çatacaq. Təxliyyə olunanlar 14 gün karantində saxlanılacaq.

Müxalifət isə Qonçaruk hökumətinin (Aleksey Qonçaruk – Baş Nazir – red.) bu qərarını sərt tənqid edərək ölkənin virusun yayılma riskinə hazır olmadığını bildirib və bu qərara gələn bütün vəzifəlilərin istefasını tələb edib. Partiya rəsmilərinin fikrincə, mövcud şərtlər daxilində Ukraynadan “tranzit karantin mərkəzi” kimi istifadə etmək “ən böyük axmaqlıqdır”.

Xəbər 1613 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +