200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


13.02.2020  15:56 

Türkiyə İdlibdə daha 55 Suriya hərbçisini zərərsizləşdirib





A+  A-

Türkiyə Silahlı Qüvvələri son 24 saat ərzində İdlibdə Suriya hökumət qüvvələrinin 55 hərbçisini məhv edib.
XəzərNews.az xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” nəşri Milli Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

“Müxtəlif mənbələrdən alınan son məlumata görə, bu gün İdlib bölgəsində Suriya rejiminin 55 ünsürü zərərsizləşdirilib, - deyə nazirlikdən bildirilib.

Xatırladaq ki, Prezident Rəcəb Tayyib Ərdoğan ötən gün AKP-nin partiya toplantısında çıxışı zamanı Türkiyə ordusunun İdlib vilayəti və Soçi anlaşması ilə müəyyən edilmiş deeskalasiya zonası ilə kifayətlənməyərək Bəşər Əsəd rejiminə bağlı qüvvələrə hər yerdə zərbə endirəcəyini qeyd edib: “Bu gündən etibarən əsgərlərimizə zərər gəldiyi halda İdlib və Soçi anlaşması sərhədləri ilə kifayətlənməyib rejim qüvvələrini hər yerdə vuracağımızı buradan elan edirəm. Bu müddətdə müşahidə nöqtələrində Türkiyəni hədəf alan hər kəs bunun əvəzini yalnız hücum sahəsində deyil, hər yerdə ödəyəcəyini bilməlidir”.

Xəbər 1552 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +