200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


16.12.2019  10:19 

ABŞ 30 ildə ilk dəfə Çin diplomatlarını ölkədən çıxardı





A+  A-

ABŞ hakimiyyəti 2019-cu ilin sentyabrında Virciniya ştatındakı hərbi bazaya qanunsuz olaraq girməyə çalışan iki Çin diplomatını gizli şəkildə ölkədən xaric edib.
XəzərNews.az-ın “The New York Times” nəşrinə istinadən verdiyi xəbərə görə, onlardan biri ABŞ-da Çin xüsusi xidmət orqanlarında işləməkdə şübhəli bilinir. ABŞ-ın Çin diplomatlarını casusluğa görə ölkədən çıxarması 30 ildən çox müddətdə ilk belə hadisədir.

Nəşrin məlumatına görə, hər iki diplomat xanımları ilə hərbi bazanın ərazisinə girməyə çalışıb. Obyektə giriş zamanı məlum olub ki, səfirlik işçilərinin içəri girmələrinə icazə yoxdur. Buna baxmayaraq çinlilər bazaya daxil olmağa çalışıblar. Onlar saxlanılıb və bazadan çıxarılıb.

Vaşinqtonda hesab edirlər ki, diplomatlar bazadakı təhlükəsizlik sisteminin necə işlədiyini müəyyənləşdirməyə çalışıblar. Çinlilər özləri bunun bir anlaşılmazlıq olduğunu izah ediblər. Onların sözlərinə görə, ingilis dilini yaxşı bilmirlər və buna görə də müəssisəni mühafizə edənlərin dediklərini başa düşməyiblər.

Hadisə sentyabrda baş versə də bu haqda təzə məlum olub. Tərəflər qərar veriblər ki, hadisə barədə mətbuata açıqlama verilməsin.

Xəbər 1719 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +