Təyyarə qəzası, ölənlər var -FOTO
ABŞ-da vəziyyət pisləşəcək -TRAMP
Deputatın meyiti TAPILDI
Türkiyə ilə ABŞ arasında bir çox sənədlər İMZALANIB
Trampdan Ərdoğanla görüşü barədə MARAQLI AÇIQLAMA
Prezident: Xəzər dənizi sürətlə kiçilir - “Vəziyyət pisdir”
Sabiq MTN polkovniki saxlanılıb -FOTO
Prezident BMT-də çıxış etdi - VİDEO
Netanyahunun təyyarəsi yoxa çıxdı
Lukaşenkodan Paşinyana təklif...


23.09.2025  17:08 

Pedaqoji Universitetdə yeni oxu zalı yaradılıb





A+  A-

Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsil fakültəsində fəaliyyət göstərən kitabxana rektor Cəfər Cəfərovun təşəbbüsü ilə yenidən bərpa olunaraq elmi və bədii nəşrlərlə zənginləşdirilib. Tələbələrin ixtiyarına verilən oxu zalında onların sakit və rahat mühitdə kitab, dövri mətbuat və digər materialları oxuması üçün bütün şərait yaradılıb.

XəzərNews.az xəbər verir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kitabxana İnformasiya Mərkəzinin direktoru Zinharə Həsənovanın bildirdiyinə görə, kitabxanada müxtəlif xarici dillərdə nəşrlər yer alıb. Kitablar əsasən elmi ədəbiyyət, ixtisas, bədii ədəbiyyat və tədrisə uyğun digər nəşrlərdən ibarətdir.

Zinharə Həsənova gələcəkdə oxu zalında kitab təqdimatlarının, müəlliflərlə görüşlərin və sərgilərin təşkil ediləcəyini bildirib.

İbtidai təhsil fakültəsinin dekanı professor Qızxanım Qəhrəmanova və fakültə əməkdaşları yenidən bərpa olunan kitabxana ilə tanış olublar.

Dekan bildirib ki, kitabxana fakültənin elmi və tədris fəaliyyətində mühüm rol oynayır və tələbələr üçün bilik məkanı olmaqla yanaşı, onların intellektual inkişafına da töhfə verəcəkdir.

Universitet rəhbərliyinin iştirakı ilə yaxın günlərdə kitabxananın açılışı olacaq.





Xəbər 4575 dəfə oxunub.




26.09.2025  00:49 

Tovuzda ev YANIB

26.09.2025  00:37 

Deputatın meyiti TAPILDI

25.09.2025  18:42 

Cəlilabadda yanğın baş verib

25.09.2025  18:38 

Lukaşenkodan Paşinyana təklif...

25.09.2025  12:38 

Danışan və SUSAN vicdan...


BÜTÜN XƏBƏRLƏR +