Xanəlizadə İranı Türkiyəyə zərbə vurmağa çağırdı
Dənizdə daha 1 nəfər batdı - Rəsmi
Azərbaycanlı hərbçi Kiyevdə dəfn olundu
Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb
Özəl klinikada qanunsuzluq - Blogeri əməliyyat otağına saldılar
20 yaşlı fəhlə uçqun altında qalaraq ölüb
Azərbaycanın Ukrayna ilə bağlı mövqeyi bizə məlumdur - Peskov
Rusiya tərəfindən mənə deyilib ki... - Baş prokuror
Bu yolun təmiri üçün vəsait ayrıldı - Sərəncam
Hansı evlərə sənəd verilməyəcək?


30.01.2019  11:19 

“Özünüməşğulluq proqramı“ndan növbəti şikayət - Vətəndaşa qısır inəklər verildi





A+  A-

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "özünüməşğulluq proqramı"nın icrası çərçivəsində layihə qalibi olan və təssərrüfata sahib işsiz vətəndaşlara ailəsini dolandırmaq üçün heyvanlar verib. Amma bir çox rayonlarda bu proqramın icrasında xoşagəlməz hallara rast gəlinir.
XəzərNews.az xəbər verir ki, bu barədə Unikal.org-a müraciət edən Gədəbəy rayon Arıqıran kənd sakini Yaşar Vəliyev ona sənədlərdə qeyd edilən kimi heyvanlar verilmədiyini iddia edir.O, bildirir ki, sənədlərdə heyvanların qiymətləri də şişirdilib:

"Gədəbəy rayon məşğulluq mərkəzinə işsiz kimi qeydiyata düşdüm. Özünüməşğulluq proqramına qoşuldum. 2019-cu ilin yanvar ayının əvvəllərində mənə iki inək verildi. Biznes planda inəklərin qiymətinin 4340 manat olduğu qeyd edilir. Həmçinin planda balalı inəklar olduğu yazılıb. Amma mənə verilən heyvanların balası yoxdur. İnəklərin qiymətləri də sənədlərdə olduğu kimi deyil. Həmin heyvanları bazara çıxarsaq 2500 manata satmaq qeyri-mümkündür. Mən heyvanları təqdim edən İlham adlı şəxsə iradımı bildirsəm də o sənədlərə qol çəkdirdi. Bildirdi ki, həmin bu heyvanlar sonradan dəyişdiriləcək. Amma sözünü tutmadı. İndi şikayətimə baxan da yoxdur. Bu inəklərlə heç bir iş qurmaq olmaz. Aidiyyatı qurumlardan mənə köməklik edilməsini xahiş edirəm."

Sözügedən məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyin mətbuat katibi Fazil Talıbov bildirib ki, vətəndaş Yaşar Vəliyev heyvanları təhvil alarkən imzası ilə təsdiq edib: "Əgər narazı olsaydı bu heyvanları qəbul etməzdi. Hətta heyvan təhvil verilərkən videosu da çəkilib".

Xəbər 4728 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.07.2025  13:10 

Əliyev Trampa təşəkkür etdi


BÜTÜN XƏBƏRLƏR +