Azərbaycanlı hərbçi Kiyevdə dəfn olundu
Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb
Özəl klinikada qanunsuzluq - Blogeri əməliyyat otağına saldılar
20 yaşlı fəhlə uçqun altında qalaraq ölüb
Azərbaycanın Ukrayna ilə bağlı mövqeyi bizə məlumdur - Peskov
Rusiya tərəfindən mənə deyilib ki... - Baş prokuror
Bu yolun təmiri üçün vəsait ayrıldı - Sərəncam
Hansı evlərə sənəd verilməyəcək?
Əliyev Trampa təşəkkür etdi
Pezeşkian Azərbaycandan İrana hava hücumunu qəbul etmir


02.10.2018  11:23 

Yaponiya hökuməti istefaya getdi, 18 nazirdən 12-si dəyişdi





A+  A-

Yaponiya hökuməti tam tərkibdə istefaya gedib.
XəzərNews.az xəbər verir ki, hökumətin istefasına səbəb baş nazir Sindzo Abenin hakim Liberal-demokratlar partiyasının sədri vəzifəsinə keçirilən seçkilərdə qalib gəlməsindən sonra yeni Nazirlər Kabinetini formalaşdırmasıdır.

Qeyd edək ki, seçkidə qalib gəlməklə Abe faktiki olaraq özü üçün hökumət başçısı postunu təmin etmiş olub.

Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosixide Suqa artıq hökumətin yeni tərkibini təsdiqləyib.

Yeni kabinetdə əvvəlki 18 nazirdən altısı öz postlarını qoruya bilib. Onlar Yosixide Suqa da daxil olmaqla baş nazir Sindzo Abeyə yaxınlığı ilə bilinən baş nazirin müavini və Maliyyə naziri, Xarici işlər naziri, İqtisadiyyat, sənaye və ticarət naziri, Dövlət torpaqları və nəqliyyat naziri, həmçinin İqtisadi bərpa naziridir.

Xəbər 2901 dəfə oxunub.




22.07.2025  13:10 

Əliyev Trampa təşəkkür etdi


BÜTÜN XƏBƏRLƏR +